Şimali Koreya dünyanı nüvə silahı ilə təhdid edir - GƏRGİNLİK

15:20 | 23.04.2014
Şimali Koreya dünyanı nüvə silahı ilə təhdid edir - GƏRGİNLİK

Şimali Koreya dünyanı nüvə silahı ilə təhdid edir - GƏRGİNLİK

ABŞ Şimali Koreyanın nüvə silahını sınaqdan keçirmək üçün hazırlıqlara başladığından şübhələnir. Bununla bağlı Vaşinqton Pxenyanı dünyanı və regionu  təhdid edən addımlardan çəkinməyə çağırıb. ANNET.Az-ın xəbərinə görə, bu barədə "Reuters" informasiya agentliyi məlumat yayıb. 

Cənubi Koreya rəsmilərinin məlumatına görə, martın əvvəllərindən aprelinin 19-una qədər Ş. Koreyanın yerüstü nüvə poliqonunda aktivlik müşahidə olunur, bu nüvə silahının sınaqdan keçirilməsi üçün hazırlıq ola bilər. 

"Biz Koreya yarımadasındakı situasiyanı diqqətlə izləyirik", - bu sözləri ABŞ Dövlət departamentinin rəsmisi Cen Pasaki deyib. "Biz Ş. Koreyanı yenə də dünyanı və regionu təhdid edən addımlardan çəkinməyə və beynəlxalq sabitliyə əməl etməyə çağırırıq", - o əlavə edib.  

Mart ayında BMT Təhlükəsizlik Şurasının Pxenyanı dənizə ballistik raket atmasını qınamasından sonra, Ş. Koreya xəbərdarlıq etmişdi ki, nüvə sınağının "yeni formasını" həyata keçirməyi istisna etmirlər. Pxenyanın nəyi nəzərdə tutduğu sualına cavab verən Ş. Koreyalı rəsmi isə belə demişdi: "dünya gözləməli və görməlidir". 

Mart ayının ortalarından etibarən Ş. Koreya dənizdə orta və uzun mənzilli ballistik raketlərin sınağını keçirir. BMT Təhlükəsizlik Şurasının qətnaməsi isə Pxenyana belə sınaqları həyata keçirməyi qadağan edir: təşkilat Ş. Koreya rəhbərliyinə öz addımlarını şərh etmək üçün müraciət edib. Ancaq Ş, Koreya hələ ki, bu müraciətə cavab verməyib. 

Şimali Koreya 2005-ci ildə özünü Nüvə Derjavası elan edib, bu ölkədə 2006, 2009 və 2013-cü illərdə nüvə sınaqları keçirilib. 

ANNET.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb