SOCAR-ın AÇG-dən aldığı qazın həcmi 18% azalıb

19:30 | 01.08.2019
SOCAR-ın AÇG-dən aldığı qazın həcmi 18% azalıb

SOCAR-ın AÇG-dən aldığı qazın həcmi 18% azalıb

Bu ilin birinci yarısında Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan alınan qazın 900 mln. kubmetri SOCAR-a verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2% azdır.

AÇG-nin operatoru olan BP şirkətindən "APA-Economics”ə verilən məlumata görə, 2019-cu ilin birinci yarısında AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin "Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5 mln. kubmetrdən artıq, ümumilikdə isə 0,9 mlrd. kubmetr səmt qazı verilib.
"Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub”, - deyə şirkətin məlumatında qeyd olunub.

Xatırladaq ki, cari ilin yanvar-iyun aylarında AÇG üzrə fəaliyyətlərə 272 mln. ABŞ dollarından artıq əməliyyat məsrəfləri və 657 mln. dollardan çox əsaslı məsrəflər xərclənib.
AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), Chevron (9,57%), INPEX (9,31%), Equinor (7,27%), ExxonMobil (6,79%), TPAO (5,73%), ITOÇU (3,65%), ONGC Videsh Limited (OVL) (2,31%).
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından "BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb