“Beşiktaş” Quarejma ilə müqaviləni uzadır

Türkiyənin "Beşiktaş” klubu aparıcı futbolçusu Rikardo Quarejma ilə yaxın günlərdə yeni müqavilə imzalayacaq.
Qol.az-ın "Fanatik”ə istindən yaydığı xəbərə görə, artıq portuqaliyalı yarımmüdafiəçi ilə razılıq əldə olunub. Onun mövsümün sonunda başa çatacaq müqaviləsi daha 2 il artırılacaq.
Qeyd edək ki, 33 yaşlı futbolçu 2015-ci ildən İstanbul klubunda çıxış edir. O, 2010-2012-ci illərdə də "Beşiktaş”da oynayıb. Portuqaliya millisinin üzvü bu mövsüm "qara qartallar”ın heyətində 22 oyuna 3 qol vurub, 7 məhsuldar ötürmə edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















