Mahir Məmmədov Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçildi

Hindistanın Çennai şəhərində təşkil olunan 44-cü Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) konqresi keçirilir.
Hindistanlı dünya çempionu Vişvanatan Anand, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və Norveç Şahmat Federasiyasının prezidenti Joran Aulin-Jansson növbəti 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib
www.anews.az
Ali şahmat qurumunda konqresin son günündə rəhbər vəzifələrə seçkilər başlayıb.
Namizədlərin çıxışlarından sonra FİDE prezidentliyinə seçkilər keçirilib. Ən çox səs toplayan FİDE-nin hazırkı prezidenti Arkadi Dvorkoviç 157 səslə seçkidə qalib gəlib və növbəti 4 il müddətinə ali şahmat qurumunun rəhbəri kimi işini davam etdirmək imkanı qazanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















