Süleymaninin öldürülməsi əmrini Tramp verib - İDDİA

10:23 | 03.01.2020
Süleymaninin öldürülməsi əmrini Tramp verib - İDDİA

Süleymaninin öldürülməsi əmrini Tramp verib - İDDİA

İran xüsusi təyinatlı qüvvələrinin başçısının öldürülməsində ABŞ Prezidenti Donald Trampın rolu olduğu bildirilir.

TASS-ın Pentaqona əsasən verdiyi xəbərə görə, Tramp Qasım Süleymaninin öldürülməsi barədə şəxsən əmr verib.

Bildirilir ki, D.Tramp Bağdadda yerləşən ABŞ səfirliyinə edilən silahlı hücum və yaxın günlərdə İraqda və Yaxın Şərqdəki digər ölkələrdə ABŞ diplomatlarına hücum planlaşdırılması məlumatına əsasən bu qərarı verib.

Pentaqon isə iranlı generalın öldürülməsini "müdafiə xarakterli addım” adlandırıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb