​Suriya XİN: Aviazərbələr nəticəsində 45 dinc sakin ölüb

11:57 | 30.07.2016
​Suriya XİN: Aviazərbələr nəticəsində 45 dinc sakin ölüb

​Suriya XİN: Aviazərbələr nəticəsində 45 dinc sakin ölüb

Suriyanın Xarici İşlər Nazirliyi ötən gün "Suriyada qondarma beynəlxalq koalisiya qüvvələrinin endirdiyi aviazərbələri dərhal dayandırmaq" tələbi ilə BMT-nin baş katibi Pan Gi Mun və Təhlükəsizlik Şurasına məktub ünvanlayıb.

"Report" xəbər verir ki, bu barədə SANA informasiya agentliyi məlumat yayıb.

Sənəddə göstərilir ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya Hərbi Hava Qüvvələrinin cümə axşamı həyata keçirdiyi son reydi zamanı ölkənin şimalında yerləşən Əl-Ğəndur kəndinin 45 dinc sakini həyatını itirib.

Suriya XİN-i iyulun 20-də BMT baş katibi və Təhlükəsizlik Şurasından 19 iyul tarixində Mənbic şəhəri ətrafında yerləşən Ət-Tuxar kəndinə endirilən hava zərbəsini pisləməyi tələb edib. Suriya hakimiyyətinin məlumatına görə, bombardıman nəticəsində orada 120-dən çox insan ölüb. Onların arasında uşaqlar, qadınlar və yaşlı insanlar olub. Xarici siyasət idarəsi hava zərbələrinin Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr tərəfindən həyata keçirildiyini iddia edib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb