Sürücülərin nəzərinə: Bu yollar...

11:20 | 25.05.2018
Sürücülərin nəzərinə: Bu yollar...

Sürücülərin nəzərinə: Bu yollar...

Gündüz və gecə saatlarında bir neçə ərazidə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən anews.az-a verilən məlumata görə, bu gün saat 11:00-dan axşam saatlarınadək Binəqədi rayonu Biləcəri dairəsində, axşam saat 22:00-dan səhər saatlarınadək isə Səbail rayonu, Neftçilər prospektinin Əziz Əliyev və Rixard Zorge küçələri arasında yerləşən hissəsində və Rixard Zorge küçəsinin özündə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

Bu məqsədlə sözügedən küçələr boyu qeyd olunan müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM