​Tacikistanda yaxın qohumların ailə qurması qadağan edilib

17:03 | 01.07.2016
​Tacikistanda yaxın qohumların ailə qurması qadağan edilib

​Tacikistanda yaxın qohumların ailə qurması qadağan edilib

Tacikistanda yaxın qohumların nikaha girməsini qadağa edən qanun iyunun 1-də qüvvəyə minib.

"Report" xəbər verir ki, bu haqda "Asiya-Plyus" agentliyi məlumat yayıb.

İnformasiyaya görə, "Vətəndaşın vəziyyətinin dövlət qeydiyyatı haqqında" qanuna edilən dəyişikliyə əsasən əmi, dayı, xala, bibi uşaqları və nəvələri bir-biri ilə ailə qura bilməz. Bundan başqa dəyişiklikdə nikaha daxil olanların məcburi qaydada tibbi müayinədən keçməsi də nəzərdə tutulub.

Qeyd edək ki, bir müddət əvvəl Tacikistanın səhiyyə və sosial müdafiə naziri Nüsrətulla Səlimzoda 2015-ci ildə ölkədə 30 min əlil uşağın qeydə alındığını və onların çoxunun valideynlərinin qan qohumu olduğunu bildirmişdi. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb