Taner Yıldız: Türkiyə TANAP-dakı payını sata bilər

16:45 | 09.04.2015
Taner Yıldız: Türkiyə TANAP-dakı payını sata bilər

Taner Yıldız: Türkiyə TANAP-dakı payını sata bilər

İrandan aldığımız qazın həcmini artırmaq üçün ilk olaraq onun qiymətinə baxmaq lazımdır. Həmin qiymət Türkiyənin təbii qaz üçün qiymətinə uyğun olarsa, o zaman tədarük həcminin artırılması barədə qərar verə bilərik.

Oxu.Az Haberturk-ə istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğanla İran səfəri çərçivəsində müzakirə edilən qazın qiymətləri ilə bağlı sualı T.Yıldız belə cavablandırıb.

"İrana səfərimizdə mövzulardan biri də təbii qazın qiymətləri idi. İran bizim üçün Rusiyadan sonra ən çox təbii qaz aldığımız ölkədir”, - deyə, o, bildirib.

Qiymətləri, şərtləri görmədən qaz tədarükünün həcminin artırılması ilə bağlı heç bir qərar verə bilmərik, deyə, nazir əlavə edib.

Nazir Yıldız SOCAR-ın prezidenti Rövnəq Abdullayevin İranın TANAP layihəsi ilə maraqlanması, hətta bu layihədə pay almaq istəməsi barədə söylədiklərini şərh edərək bildirib ki, "TANAP-da həm bizim, həm də SOCAR-ın payı uyğun qiymətlər qarşılığında, strateji iş birliyini nəzərə alaraq, satıla bilər”.

Hazırda müxtəlif ölkələrin TANAP-a maraq göstərdiyini deyən Yıldız həmin dövlətlərinin hər birinin həm ticarət, həm də strateji baxımdan təhlilindən sonra yekun qərar veriləcəyini söylədi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb