TAP-ın təməli qoyulacaq

12:21 | 30.03.2016
TAP-ın təməli qoyulacaq

TAP-ın təməli qoyulacaq

«Tezliklə biz Salonikidə (Yunanıstan) Trans-Adriatik Kəmərinin (TAP) təməlqoyma mərasimində iştirak edəcəyik. Bu, heç də möcüzə kimi görünməməlidir».

«Report»un xəbərinə görə, bunu Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroš Šefčovič deyib.

M.Šefčovič-in bildirməsinə görə, Cənub Qaz Dəhlizi (SGC) layihəsinin reallaşması Avropa Birliyi üçün xüsusi əhəmiyyət kəsb edir.

Cənub Qaz Dəhlizi Azərbaycanın «Şahdəniz» yatağından çıxarılan qazın Gürcüstan və Türkiyə üzərindən Avropaya nəqli layihəsidir. Bu layihənin çəkilişinin 2020-22-ci illərdə başa çatması gözlənilir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM