Tarixin ən yaxşı 100 romanı

09:52 | 31.03.2015
Tarixin ən yaxşı 100 romanı

Tarixin ən yaxşı 100 romanı

"The Guardian" qəzeti tarixin ən yaxşı 100 romanının adını açıqlayıb.

Axar.az sözügedən siyahıda yer alan ilk 30 əsəri təqdim edir:

1. "Don Kixot” – Servantes
Cəngavər və onun köməkçisi Sanço Pansonun macəralarından bəhs edən roman hələ də oxucuları heyrətləndirməkdədir.

2. "Pilqrimin tərəqqisi” – Con Banyan
Ruhdan düşənlərə stimul verən, onları hədəfə doğru ruhlandıran roman.

3. "Robinzon Kruzo” – Daniel Defo
İlk ingilis romanı.

4. "Qulliverin səyahəti” – Conatan Svift
Ortaya qoyduğu problemlərlə hələ də aktual olan möhtəşəm əsər.

5. "Tom Cons” – Henri Fildinq
Cəsarətli yetim bir oğlanın sərgüzəştlərindən bəhs edən və xoşbəxt evliliklə başa çatan kitab.

6. "Klarissa” – Samuel Riçardson
İngilis ədəbiyyatının ən böyük romanlarından biri.

7. "Tristram Şendi” – Lourens Stern
XVIII əsrdə yazılan və dövrünə görə ən çox satılan əsər.

8. "Təhlükəli münasibətlər” – Pyer Şoderlo de Laklo
Epistolyar roman. Fransızlar bu əsərə "bədii metodiki tövsiyə” adını veriblər.

9. "Emma” – Ceyn Ostin
Qürurla mövhumat, xurafat arasında aparılan mübarizə və heç usanmayan, güclü Emma.

10. "Frankenşteyn” – Meri Şelli
"Frankenşteyn” və ya ikinci adı ilə "Müasir Prometey” teatr və kinonun hər zaman gündəmində olan əsərdir.

11. "Qara qoyun” – Onore de Balzak
İki rəqibin qadın uğrunda apardığı mübarizə.

12. "Anna Karenina” – Lev Tolstoy
XIX əsrdə qələmə alınan bu roman dünya ədəbiyyatının ən möhtəşəm əsərlərindəndir.

13. "Devid Kopperfild” – Çarlz Dikkens
Bu avtobioqrafik əsər Dikkensin ən sevdiyi romanı olub.

14. "Ceyn Eyr” – Şarlotta Bronte
Romantik, emosional və bir o qədər də ziddiyyətli süjetə malik olan bu əsər Şarlotta Brontenin ilk romanıdır.

15. "Karamazov qardaşları” – Fyodor Dostoyevski
"Cinayət və cəza”nın müəllifindən şedevr əsər.

16. "Məhkəmə” – Frans Kafka
Yozefin qəribə hekayəsi.

17. "Qadınsız kişilər” – Ernest Heminquey
Heminquey romanları ilə bütün dünyada məşhurluq qazansa da, qısa hekayələri ilə öz imzasını tanıtmağa müvəffəq olmuşdu.

18. "Heklberri Finnin macəraları” – Mark Tven
Gülüş ustası Tvenin şedevri.

19. "Alisa möcüzələr diyarında” – Luis Kerroll
"Alisa möcüzələr diyarında” əsəri ingilis yazıçının ən məşhur əsəridir.

20. "Xanım Dellouey” – Virciniya Vulf
Ceyms Coysun dünya ədəbiyyatına möhürünü vurmuş "Uliss"i varsa, Virciniya Vulfun da " Xanım Dellouey" romanı var.

21. "Balaca qadın” – Luiz Alkott
İngilis xanımlardan bəhs edən və bestseller siyahısına düşən əsər.

22. "Dorian Qreyin portreti” – Oskar Uayld
Bu əsər Oskar Uayldın dərc edilmiş yeganə romanıdır.

23. "Vəba” – Alber Kamü
Əlcəzairdə baş verən hadisələr.

24. "1984” – Corc Oruel
UNESCO-nun qərarı ilə 1984-cü il yazıçının xatirəsinə ehtiram olaraq "Corc Oruell ili" elan edilib.

25. "Lolita” – Vladimir Nabokov
"Lolita” Nabokovun şah əsəridir.

26. "Yüz ilin tənhalığı” – Qabriel Qarsiya Markes
Postmodernizm şedevri.

27. "Gülüş və unutmaq kitabı” – Milan Kundera
Bu əsər avtobioqrafik xarakter daşıyır.

28. "Harun və nağıllar dənizi”– Salman Rüşdi
Kitabda nağıl danışmağı çox sevən Rəşidin birdən-birə bu istedadını itirməyindən söhbət açılır.

29. "Yaxşı əsər” – Ford Madoks
Klassik nitq nümunələrindən ibarət əsər.

30. "Heç kimin gündəliyi” – Corc Qrossmit
"Cənab Puter” obrazı ilə dünya ədəbiyyatına damğasını vuran əsər.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM