Tovuzda erməni tələsi - heyvanlar minaya düşdü - VİDEO

19:30 | 16.10.2016
Tovuzda erməni tələsi - heyvanlar minaya düşdü - VİDEO

Tovuzda erməni tələsi - heyvanlar minaya düşdü - VİDEO

Tovuzun cəbhə kəndi Əlibəylidə sakinlərin həm iribuynuzlu, həm də xırda buynuzlu heyvanları düşmənin qurduğu tələyə düşüb.

ANN.AZ ARB TV-yə istinadən xəbər verir ki, ötən gün dumanlı-çiskinli havada Fatma Əliyeva inəyi örüşə buraxıb, bir neçə dəqiqə sonra isə güclü partlayış səsi eşidilib.

Mal-qara sahibi heyvanların otladığı əraziyə baxış keçirəndə iribuynuzlunun minaya düşərək məhv olmasına şahidlik edib. Eyni vəziyyət bir neçə gün öncə zərərçəkənin qonşusu Sevil Hüseynovanın da başına gəlib. Kənd sakininin 3 baş iri buynuzlu 10-a yaxın qoyun-quzusu minaya düşüb.

Sakinlər bildirir ki, isti yay günlərində qəsdən yanğınlar törədən ermənilər, otlaq sahələrini yararsız hala salıb. İndi isə mal-qara qida üçün dağlıq əraziyə, düşmənin minalı sahələrinə doğru istiqamət alır ki, bu da sonda heyvanların ölümü ilə nəticələnir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb