Turizm zonalarına vergi güzəştləri tətbiq ediləcək

13:27 | 02.09.2016
Turizm zonalarına vergi güzəştləri tətbiq ediləcək

Turizm zonalarına vergi güzəştləri tətbiq ediləcək

Azərbaycandakı turizm və rekreasiya zonalarına vergi və gömrük güzəştlərinin və imtiyazların verilməsi nəzərdə tutulur. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin dünən imzaladığı turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamında tapşırıqlar verilib.

Sənədə əsasən, Mədəniyyət və Turizm Nazirliyi (MTN), həmçinin İqtisadiyyat, Maliyyə, Vergilər nazirlikləri və Dövlət Gömrük Komitəsi ilə birlikdə turizm və rekreasiya zonalarında vergi və gömrük güzəştlərinin və imtiyazlarının verilməsi ilə bağlı təkliflərini hazırlayıb 3 ay müddətində Prezidentə təqdim edəcək.

MTN yerli icra hakimiyyəti orqanları ilə birlikdə Azərbaycanın turizm potensialı olan ərazilərində dövlət-sahibkar tərəfdaşlığı əsasında turizm və rekreasiya zonalarının yaradılması barədə təkliflərini hazırlayıb 6 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb