Türkiyə parlamenti İsraillə razılaşma sənədini ratifikasiya edib

11:26 | 20.08.2016
Türkiyə parlamenti İsraillə razılaşma sənədini ratifikasiya edib

Türkiyə parlamenti İsraillə razılaşma sənədini ratifikasiya edib

Türkiyə parlamenti rəsmi Ankara və Təl-Əviv arasında münasibətlərin normallaşdırılması ilə bağlı razılaşma sənədini təsdiqləyib.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, avqustun 19-da TBMM-in plenar iclasında ratifikasiya edilmiş sənədə əsasən, İsrail Türkiyəyə 25 gün ərzində 20 milyon dollar məbləğində təzminat ödəyəcək.

Anlaşmada İsrail hərbçiləri hüquq və cəza məsuliyyətindən azad ediləcək. Eyni zamanda, İsrail Fələstinə humanitar yardımın göndərilməsi ilə bağlı tətbiq etdiyi embarqonu yumşaldacaq.

Qeyd edək ki, bu il iyunun 29-da İsrail hökuməti Türkiyə ilə normallaşma razılaşmasını təsdiqləyib. İsrail dövləti baş verən hadisə ilə bağlı Türkiyədən üzr istəyib.

Xatırladaq ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də kəsilib. O zaman Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyənin "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri basqın etmişdi. Nəticədə Türkiyənin 9 vətəndaşı öldürülmüşdü. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb