Türkiyədə terrorçu-kamikadzelər zərərsizləşdirildi

13:14 | 30.06.2016
Türkiyədə terrorçu-kamikadzelər zərərsizləşdirildi

Türkiyədə terrorçu-kamikadzelər zərərsizləşdirildi

Türkiyə ilə Suriya sərhədini qanunsuz yolla keçib, partlayış törətmək istəyən iki terrorçu-kamikadze zərərsizləşdirilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, onlar sərhədi qanunsuz yolla keçdikdən sonra edilən xəbərdarlıqlara məhəl qoymayaraq, qaçmağa başlayıblar. Bundan sonra onlar zərərsizləşdirilib.

Aparılan araşdırmalar nəticəsində hər iki terrorçunun Suriya vətəndaşı və terrorçu İŞİD qruplaşması tərəfdarı "Əbu Əli" kod adlı Mustafa Dəmirlə əlaqəsi olduğu müəyyən edilib. Onlardan birinin Məhəmməd Ərəb, o birinin isə Muhanad Xalid olduğu müəyyənləşib. Məhəmməd Ərəbin üzərində 2016-cı il iyunun 21-də Suriya paytaxtı Dəməşqdən ölkənin Kamışlı şəhərinə təyyarə ilə gəldiyini təsdiqləyən bilet aşkar edilib.

Kəşfiyyat məlumatına görə, onlar Ankara və Adanada özlərini partladaraq, terror törətməyi planlaşdırıblar.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb