Türkiyədəki iğtişaşlarda azərbaycanlı ölüb?

12:17 | 16.07.2016
Türkiyədəki iğtişaşlarda azərbaycanlı ölüb?

Türkiyədəki iğtişaşlarda azərbaycanlı ölüb?

"Mövcud məlumatlara əsasən, Türkiyədə hərbi çevrilişə cəhd zamanı ölən və ya xəsarət alan vətəndaşlar arasında Azərbaycan vətəndaşı yoxdur”.

Oxu.Az-ın məlumatına görə, bu barədə APA-ya Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Səfirlik Türkiyədəki Azərbaycan vətəndaşlarını daha diqqətli olmağa çağırıb:

"Hazırda yeganə tövsiyəmiz ondan ibarətdir ki, vəziyyət tam stabilləşənədək vətəndaşlarımız ictimai yerlərdə daha diqqətli olsunlar”.

Səfirliyin gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirdiyi qeyd edilib.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM