Türkmənistanda generallar həbs edilir

15:02 | 15.05.2017
Türkmənistanda generallar həbs edilir

Türkmənistanda generallar həbs edilir

Prezident generalları cəzalandırır: kütləvi həbslər

Türkmənistanın keçmiş baş prokuroru Amanmurad Xallıyev həbs olunub.

Anews.az xəbər verir ki, bu barədə informasiyanı "Azadlıq” radiosunun Türkmənistan bölməsi yayıb.

Qeyd edək ki, mayın 4-də Türkmənistan Təhlükəsizlik Şurasının iclası keçirilib və Prezident Qurbanqulu Berdıməhəmmədov hüquq mühafizə orqanlarındakı korrupsiya faktlarına görə sərt çıxış edib. Prezident iclasda baş prokuroru korrupsiyaya qarşı acizlikdə günahlandırıb. O, Daxili İşlər naziri İsgəndər Mulikova şiddətli töhmət elan edib, baş prokuror və 9 rayon prokurorunu işindən uzaqlaşdırıb.

İclasdan dərhal sonra Xallıyev ev dustaqlığına məhkum edilib, bir neçə gün sonra isə həbs olunub. Xallıyevlə bərabər, daha 50 nəfər polis tərəfindən saxlanılıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb