Ukraynada deputat toxunulmazlıqdan məhrum edildi

20:10 | 03.06.2014
Ukraynada deputat toxunulmazlıqdan məhrum edildi

Ukraynada deputat toxunulmazlıqdan məhrum edildi

Ukrayna Ali Radası Regionlar Partiyasından deputat seçilmiş Oleq Tsaryovun toxunulmazlıqdan məhrum edilərək cinayət məsuliyyətinə cəlb olunmasına razılıq verib.APA-nın “censor.net” saytına istinadən verdiyi məlumata görə, Oleq Tsaryovun toxunulmazlıq statusunun ləğvinə və cinayət məsuliyyətinə cəlb olunmasına 235 deputat səs verib. Onun haqqında həbs qətimkan tədbirinin seçilməsini isə minimal sayda - 226 deputat dəstəkləyib. (Xatırladaq ki, Ali Radada qərarların qəbul olunması üçün minimum 226 səs tələb olunur).  Qeyd edək ki, Ukrayna Baş Prokurorluğu O. Tsaryovun cinayət məsuliyyətinə cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi üçün parlamentə müraciət etmişdi. O. Tsaryovun hazırda harada olduğu bəlli deyil. O, ölkənin şərqindəki separatçılara açıq dəstək verir və tez-tez Moskvaya səfərlər edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb