“Uzun müddət gigiyenik qaydalara riayət etməliyik” - Yaqut Qarayeva

23:33 | 20.04.2020
“Uzun müddət gigiyenik qaydalara riayət etməliyik” - Yaqut Qarayeva

“Uzun müddət gigiyenik qaydalara riayət etməliyik” - Yaqut Qarayeva

"Hələ uzun müddət gigiyenik qaydalar riayət etməliyik. Bu gün, sabah yoluxma ilə bağlı rəqəmlər azaldı deyə, maskanı çıxartmaq, əli dezinfeksiya etməmək tamamilə müzakirə olunmur",  , bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva AzTV-də yayımlanan "Hədəf" verilişində deyib.

Qurum rəsmisi bildirib ki, əgər biz karantin rejimindən mərhələli şəkildə çıxmaq istəyiriksə, bu o deməkdir ki, uzun müddət sosial məsafəyə, karantin qaydalarına əməl etməliyik. 

"Bu bizə ciddi problemlər yarada bilər. Çalışmalıyıq ki, əldə etdiyimiz nəticəni qoruyaq", - deyə Y.Qarayeva qeyd edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM