Vaqif Səmədoğlu müalicə üçün İsrailə qayıdacaq

12:37 | 30.12.2013
Vaqif Səmədoğlu müalicə üçün İsrailə qayıdacaq

Vaqif Səmədoğlu müalicə üçün İsrailə qayıdacaq

“Vaqif Səmədoğlu iki həftədən sonra müalicə üçün yenidən İsrailə gedəcək.

İndi evdə istirahət edir. Mümkün qədər səs-küydən, qonaq-qaradan uzaq olmağa çalışır. Özünü orta hiss edir. Həkimlərin məqsədi odur ki, onun səhhətini geriləməyə qoymasınlar”.

Bu sözləri APA-ya xalq şairi Vaqif Səmədoğlunun xanımı Nüşabə Vəkilova deyib. 

Onun sözlərinə görə, xalq şairinin səhhəti daim nəzarətdə olmalıdır: “Bu, elə xəstəlikdir ki, gərək bir dəqiqə nəzarətsiz qalmasın. Yeni ili Bakıda qarşılamaq istədi, ona görə gəlib. Belə demək olarsa, müalicəsi hələlik başa çatıb, amma iki həftə sonra əvvəlki müalicə kursu davam edəcək”.

 

N. Vəkilova əlavə edib ki, V. Səmədoğlu ilə görüşmək istəyənlər çox olsa da, o, tək qalmaq istəyir: “Çox adam zəng vurur, hal-əhval tutmaq, görüşmək istəyir. Amma Vaqif xəstəlik haqqında ümumiyyətlə danışmaq istəmir. Yanında kimsə xəstəlikdən danışanda qıcıqlanır. Amma deyim ki, ruhən çox möhkəmdir, mübarizə aparır, çalışır ki, ətrafındakılara əziyyət verməsin”.

 Qeyd edək ki, V. Səmədoğlu xərçəng xəstəliyindən əziyyət çəkir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb