• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada tanınmış azərbaycanlını vəhşicəsinə qətlə yetirdilər

Ukraynada tanınmış azərbaycanlını vəhşicəsinə qətlə yetirdilər
17.08.2015 15:30
Hersonda (Ukrayna) yerli Azərbaycan icmasının liderlərindən biri biznesmen İlham Tağıyev vəhşicəsinə qətlə yetirilib.

Oxu.Az "Herson-onlayn”a istinadən xəbər verir ki, İlham Tağıyevin cəsədi "Mersedes”də aşkar edilib. Milisin ehtimalına görə, avqustun 17-nə keçən gecə sahibkar öz avtomobilində əyalət mərkəzinin Berislavsk şossesində icarəyə götürdüyü qaraja gəlib. Cinayətkarlar onu orada gözləyiblər.

"Bərk küt alətlə” başına vurulan üç zərbə il adamı yerə yıxıblar, daha sonra ayaqla vuraraq üç qabırğasını sındırıblar.

Daha sonra cəsədi maşına atıblar, cibindən yaxınlıqda yerləşən evinin açarlarını götürüblər və ora yollanıblar.  

Şahidlərin sözlərinə görə, mənzildə onların gedişindən sonra hər şey alt-üst idi, gizlin yer axtarışında onlar divanları aşırıb, divardan xalçaları çıxarıblar. 

Qarətdən sonra məişət texnikası yerində qalıb, amma nə qədər pul və zinət əşyasının oğurlandığı bəlli deyil.

Tağıyevin arvadı və qızı qohumlarını ziyarət etmək üçün Azərbaycana gəliblər. Oğlu isə Kiyevdə yaşayır. 

O, ət yarımfabrikatların ticarəti ilə məşğul olan böyük regional şirkətin nümayəndəsi idi. Biznesmen cümə və şənbə günü bütün vilayətdə olan ticarət nöqtələrindən əldə edilən gəliri yığıb, təchizatçı müəssisənin hesabına köçürürdü.  

Pulları kişi maşınının baqajında gəzdirirdi, bazar günləri isə pullar onun evində qala bilərdi. Ona görə də milis əməliyyatçıları zərərçəkənə hücumun öncədən əldə edilmiş informasiya əsasında təşkil edilə biləcəyini ehtimal edirlər.

İlham Tağıyev Hersondakı etnik azərbaycanlıların mədəni və ictimai həyatlarında fəal iştirak edirdi, işğal edilmiş Krımdan olan qaçqınlarına - krım tatarlarına həyat qurmaqda və iş tapmaqda kömək edirdi.  

Onun qətlə yetirilməsi çoxları üçün zərbə oldu. Onlar hesab edirlər ki, biznesmenin qatillərini tezliklə tapıb, həbs edib və qanunun bütün sərtliyi ilə cəzalandırmaq lazımdır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol