• $
  • €
  • ₽
  • ₺
  • £

Macarıstan 174 km tikanlı məftil çəkir

Macarıstan 174 km tikanlı məftil çəkir
29.08.2015 16:31
Münaqişələr və yoxsulluğun əlindən qaçan miqrantlar Macarıstan sərhəddində maneə ilə üzləşib. Onların qarşısını kəsmək üçün Serbiya ilə Macarıstan arasındakı sərhəd xəttinə 174 kilometr uzunluğunda ülgüclü məftillərdən hasar çəkilib.

Bütün bu tədbirlər yaxşı həyat arzusunda olan miqrantların önünü kəsə bilməyib. Onlar bu məftillərin alrtından sürünərək və ya dəmir yolları boyunca gedərək Macarıstan tərəfə keçə biliblər. 25 yaşlı Herat kimi bu miqrantların çoxu Suriyadakı vətəndaş müharibəsindən qaçanlardır.

"Biz dünən sərhədi keçməyə çalışdıq.Ancaq cəhdimiz uğursuz oldu. Çünki sərhədə çoxlu polis düzülüb.”

Miqrantlar Avropa Birliyi ölkələrindən sığınacaq istəyirlər. Onlar Aralıq dənizini aşaraq Macarıstana çata biliblər. Yolculuqlarına Türkiyədən başlayıblar. Daha sonra Yunanıstan, Makedoniya, oradan da Serbiyaya gəliblər. Serbiyadan da Macarıstana keçməklə ilk Şengen zonasına ayaq basmış olurlar. Buradansa yollarına pasportsuz davam etmək onlar üçün elə də çətin olmayacaq.

"Mən Almaniyaya getməyi düşünürəm”

Bunu miqrantların çoxu deyir. Sərhəd agentliyi Frontex bildirir ki, ötən ay Avropa Birliyinin sərhədini rekord həddə- 107 min 500 miqrant keçib. 

Serbiya və digər Balkan ölkələri avqustun 26-da Vyanada Avropa Birliyi ölkələri ilə keçirilən zirvə toplantısında miqrant axını ilə bağlı təcili tədbirlər görməyə çağırıblar.  Almaniya kansleri Angela Merkel bildirib ki, bu il 800 min miqrant onun ölkəsinə sığınacaq üçün müraciət edib.

Macarıstanın Serbiya ilə sərhədinə yaxın Morahalom regionunda məyusluq var. Onlar miqrant axının qarşısını almaq üçün Macarıstan hökümətinin hündür hasar çəkmə qərarını xoş qarşılamayıblar.

"Mən özümü zooparkdakı kimi hiss edirəm. Heyvan deyiləm,hasarlarla qorunmağıma ehtiyac yoxdur. Özümü azad hiss etmirəm”.

Macarıstansa Serbiya ilə sərhədini gücləndirib. Miqrant axının qarşısını almaq üçün sərhəddi  havadan helikopterlərlə, qurudansa polis dəstələri ilə müdafiə edir.

Ancaq bu tədbirlər  Avropaya üz tutan insanların qarşısını kəsə bilmir. /Azadliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol