• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan: “Rusiyanı odla oynamamağa çağırırıq”

Ərdoğan: “Rusiyanı odla oynamamağa çağırırıq”
27.11.2015 19:04
"Rusiyanı odla oynamamağa çağırırıq”

"Sərhədlərimiz daha əvvəl də pozulmuşdu. Mən oktyabrın 4-də Putinə zəng etdim, bunun xoş olmadığını söylədim. G20 toplantısında da danışdıq, "dəvətsiz müsafir olmaz” dedik. 24 noyabr səhəri sərhədimizi pozan bir döyüş təyyarəsi xəbərdarlıqları dinləmədi və "F16”larımız tərəfindən vuruldu”.
 
APA-nın "milliyet.com.tr” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Bayburt şəhərində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, Türkiyənin İŞİD-dən neft aldığına dair Rusiya tərəfinin ittihamlarını bir daha rədd edib: "Bunu deyənlərə yazıqlar olsun. Tam əksinə, Rusiya şirkətləri və İŞİD Suriya rejiminə neft satır. Biz bir terror təşkilatından neft alacaq qədər heysiyyətsiz deyilik. Bunları deyənlər böhtançıdır. Hörmətli Putin Türkiyədən Suriyaya gedən TIR-lardan bəhs edir. Dedi-qodularla iş görülməz. Rusiya yalançı durumuna düşəcək. Hörmətli Putin deyir ki, kim terrorla ikibaşlı oyun oynayırsa, odla oynayır. Bəli, buna qatılıram. Suriyada 380 min adamın ölümünə səbəb olan, dövlət terroru həyata keçirən Əsəd rejiminə dəstək olmaq odla oynamaqdır. Mötədil müxalifləri vurmaq odla oynamaqdır. Bizə əsassız ittihamlar irəli sürmək, vətəndaşlarımızı Rusiyada incitmək odla oynamaqdır. Yardım aparan TIR-ları vurmaq odla oynamaqdır. Rusiyaya səmimi olaraq odla oynamamağı tövsiyə edirik”.     
 
R. T. Ərdoğan Rusiya ilə münasibətlərə önəm verdiklərini vurğulayıb: "Hörmətli Putin Türkiyənin onları kürəyindən xəncərlədiyini bildirir. Xeyr! Bu millət heç vaxt kimisə kürəyindən bıçaqlamayıb. Bu millət üz-üzə döyüşməyi yaxşı bilir. Nəticəsi nə olursa olsun, biz belə edirik. Suriya sərhədimizin pozulması ilə bağlı məsələ öz məcrasında davam edəcək, hər şey araşdırılacaq, lakin bu məsələ vasitəsilə Türkiyəyə qarşı total iftira kampaniyasına başlanmasını, əlaqələrimizin təhlükə altına atılmasını onlara yaraşdırmıram. Bu mövzunu Putinlə üz-üzə müzakirə etmək istərdim”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol