• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan tankları sərhədə göndərdi - FOTO

Ərdoğan tankları sərhədə göndərdi - FOTO
27.11.2015 23:49
Ankara sərhəddə uçuşlar həyata keçirən hərbi təyyarələrin sayını da artırıb.

Rusiyaya məxsus Su-24 bombardmaçı təyyarənin Türkiyə qırıcısı tərəfindən vurulmasından və Rusiya zenit-raket komplekslərinin Suriyaya göndərməsindən sonra Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriya ilə sərhədə ağır hərbi texnika yeridib.

ANS PRESS-in məlumatına görə, Türkiyənin Tekirdağ şəhərində yerləşən hərbi hissədən 20 tank dəmiryolu vasitəsilə Gaziantep şəhərinə gətirilib.

MT-60 tankları sərhədə gətirilərkən güclü təhlükəsizlik tədbirləri həyata keçirilib. Bundan başqa, 3 gün bundan əvvəl Gaziantepə gətirilən 60 tankın yaxın günlərdə sərhədboyu müxtəlif bölgələrə göndəriləcəyi bildirilir.

Su-24 bombardmaçı təyyarənin vurulmasından sonra Türkiyə Suriya sərhədində hərbi fəallığını artırır. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriya ilə sərhəddə uçuşlar həyata keçirən hərbi təyyarələrin sayını da artırıb.


Suriya sərhədinə göndərilən tanklar

Baş Qərargahdan verilən açıqlamada bildirilir ki, Suriya sərhədində uçuşlar həyata keçirən Türkiyə Hava Qüvvələrinə məxsus F16 qırıcılarının sayı 18 ədədə çatdırılıb. 

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bütün quru və hava qoşun birliklərinə döyüşə hazırlıq əmri verib. "CNN Türk”ün məlumatına görə, bütün qoşun növlərində hazırlıq ən yüksək səviyyəyə çatdırılıb.

Bir neçə gün əvvəl də Türkiyə Suriya sərhədinə 20 tank göndərib. "Anadolu” agentliyi isə hərbi mənbələrinə istinadən məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri ölkənin qərb bölgəsindəki hərbi birləşmələrə məxsus 20 tankı Suriya ilə sərhədə göndərib.


Türkiyə ordusunun F-16 qırıcıları

"Ölkənin qərb regionlarında dislokasiya olunmuş 20 tank dəmiryolla ölkənin cənubundakı Qaziantep şəhərinə aparılıb. Həmin hərbi texnika buradan da hərbçilərin və polis qüvvələrin müşayiəti ilə Suriya sərhədinə yola salınıb” - deyə xəbərdə bildirilir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol