İŞİD İraqda Türkiyə Ordusunun bazasına hücum etdi

17 terrorçu öldürülüb
İŞİD terrorçuları İraqda türkiyəli hərbçilərin bazasına hücum ediblər.
APA-nın NTV-yə istinadən xəbərinə görə, İraqın Mosul vilayətinin yaxınlığında yerləşən Başika hərbi bazasına hücum edən terrorçular xeyli itki verərək, geri çəkiliblər. Türk hərbçilərinin bazaya hücum edən 17 terrorçunu öldürdüyü bildirilir. Hadisə zamanı türkiyəli hərbçilərdən ölən və ya yaralanan olmayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























