• $
  • €
  • ₽
  • ₺
  • £

Fələstin İslami Cihad Hərəkatı Azərbaycandan dəstək gözləyir

Fələstin İslami Cihad Hərəkatı Azərbaycandan dəstək gözləyir
21.01.2016 21:15
"Bəzi ərəb ölkələrinin sükutu nəticəsində İsrailin Fələstində işi daha rahat olub”.

Bu sözləri Fələstin İslami Cihad Hərəkatının İrandakı nümayəndəsi Nasir Əbuşərif APA-nın İran bürosuna açıqlamasında deyib. O, digər müsəlman ölkələrindən yardım gözlədiklərini söyləyib: "Orta Asiya ölkələrindən, xüsusilə Azərbaycan və Tacikistandan Fələstinə maddi və mənəvi dəstəklərini artırmalarını gözləyirik. Azərbaycan bizə dost və qardaş ölkələrdən hesab olunur. Azərbaycan Respublikası torpaqlarının işğala və terrora məruz qalmasına, çoxlu şəhid verməsinə baxmayaraq, İslam ölkələri arasında iqtisadi inkişaf və güc baxımından çox irəlidədir. Bu inkişaf bizi sevindirir”.
 
N. Əbuşərif bildirib ki, bu dəstəyi ərəb ölkələrindən də umur: "Hazırda İsrail özünü Fələstində rahat hiss edir və cinayətlərini davam etdirir. Bu, ona görədir ki, İsraili həmişə qorxuya salan İslam dünyasının birliyi zəifləyib. İslam ölkələrinin birliyinin olmaması İsrailə sərf edir. Fələstin xalqının intifadası 100 gündən çoxdur ki, başlayıb və bu müddət ərzində 200-dən artıq fələstinli şəhid olub. Xalqımızın son intifadasının ən önəmli nailiyyəti  Qüds Məscidinin İsrail rejimi tərəfindən zaman və məkan baxımından  bölünməsinin qarşısının alınması idi. Baxmayaraq ki, bəzi ərəb və İslam ölkələri Fələstinə lazımı dəstəyi vermədilər. Bu mübarizələr Fələstinin mövqeyini əsas mövzu kimi ərəb və İslam ölkələrində yaşadır”.  

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol