• $
  • €
  • ₽
  • ₺
  • £

Davudoğlu: "Rusiya Azərbaycana təhlükə yaradır"

Davudoğlu: "Rusiya Azərbaycana təhlükə yaradır"
18.02.2016 11:25
 
M.Saxarova: "Türkiyə bizim aramıza girə bilməz"

Türkiyənin baş naziri Ahmet Davutoğlu Kiyevdə ukraynalı həmkarı Arseniy Yatsenyukla birgə keçirdiyi mətbuat konfransı zamanı deyib ki, Rusiya və Ermənistan Azərbaycanın ərazi bütövlüyü üçün təhlükə törədir.

"Azərbaycanın ərazi bütövlüyü Rusiyanın Ermənistana göstərdiyi dəstəyə görə təhlükədədir," - deyən Davutoğlu bildirib ki, son illərdə Rusiya məqsədyönlü şəkildə regionun bir neçə dövlətini parçalayıb.

"Rusiya üç dövlətin, Gürcüstanın, Ukraynanın və Suriyanın ərazi bütövlüyünü pozub," - deyə baş nazir bildirib. O, son illərdə Ukrayna və Gürcüstanda baş verən hadisələr arasında paralellər aparıb:

"Əvvəl Gürcüstanda, Abxaziyada yaradılmış vəziyyət indi Krımda davam etdirilir."

"Biz bir daha Rusiya hökumətinin diqqətinə çatdırmaq istəyirik ki, SSRİ dövrü geridə qalıb. SSRİ erası 25 il bundan qabaq bitib. O dövrü bərpa etmək cəhdləri Rusiyanın özünə də yaxşı heç nə verməyəcək. Rusiyanın əhalisi də Moskvanın BMT-də veto hüququna arxalanaraq buna bənzər macəralarda iştirak etmək qərarını dəstəkləməyəcək," - deyə Davutoğlu vurğulayıb.

Moskva bir neçə saat keçmiş Davutoğlunun bu bəyanatına reaksiya verib. Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova Azərbaycan KİV-lərinin xahişi ilə Davutoğlunun bəyanatına münasibət bildirib: "Rusiya və Azərbaycan qarşılıqlı hörmətə əsaslanan dostluq və tərəfdaşlıq münasibətləri qurur və Türkiyə bizim aramıza girə bilməz," - deyə o bildirib.

M.Zaxarova daha sonra Osmanlı dövrü ilə paralellər aparıb:

"Davutoğlu anlamalıdır ki, Osmanlı imperiyası çoxdan mövcud deyil və regionda bir ölkənin diktatı keçməyəcək. Belə ki, bu, müasir dünyanın yaşadığı prinsiplərə uyğun deyil. Ancaq əgər Ankara yeni Osmanlı imperiyası rolunu oynamaq fikrindədirsə, o anlamalıdır ki, o zamanlarda bu ərazi quruluşunu (imperiyanı - red.) "Avropanın xəstə adamı" adlandırırdılar."

Bakı, hələ ki, Davutğlunun bəyanatına rəsmi münasibət bildirməyib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "The Business Year" nəşrinə veridiyi müsahibədə demişdi ki, "Bizim istər Türkiyə, istərsə də Rusiya ilə münasibətlərimiz bütün sahələrdə dinamik şəkildə inkişaf edir. Azərbaycan ümid edir ki, Türkiyə və Rusiya arasında münasibətlər birgə səylər nəticəsində, dialoq və qarşılıqlı anlaşma yolu ilə normallaşdırılacaq."

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə "Sputnik-Azərbaycan" saytına müsahibə verərək Davutoğlunun bəyanatına belə münasibət bildirib:

"Türkiyə və Rusiya arasında bugünkü mürəkkəb münasibətlər iki dövlətin bəzi siyasətçilərini kəskin, radikal bəyanatlar verməyə məcbur edir. Ancaq Rusiyanın Azərbaycanla yaxşı qonşuluq münasibətləri var. Rusiya tərəfi Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistanın bizim ərazilərimizdə yaratdığı işğalçı rejimi tanımır." /Azadliq.org

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol