• $
  • €
  • ₽
  • ₺
  • £

Robotlar bank əməkdaşlarının işini əlindən alacaq?!

Robotlar bank əməkdaşlarının işini əlindən alacaq?!
08.06.2016 21:30
"PwC” analitiklərinin qiymətləndirməsinə görə yaxın 5 ildə bankların texnoloji imkanları xeyli dəyişikliyə məruz qalacaq.

 "Bulud” texnologiyasının inkişafı, blokçeyn texnologiyası, böyük məlumatlar, əşyalar interneti, həmçinin süni intellekt və robot texnikası maliyyə təşkilatları üçün əsas amillər olacaq.

"PricewaterhouseCoopers” ("PwC”) şirkəti tərəfindən dərc edilmiş hesabatda 2020-ci ilədək maliyyə bazarının texnoloji transformasiyası üzrə proqnozunu təqdim edib. Analitiklər bildiriblər ki, ofislərə sınaq və əlavə qismində hazırlanmış rəqəmli kanallar hazırda müştərilərlə əsas qarşılıqlı əlaqə üsuluna çevrilib.

"ICTnews” Elektron Xəbər Xidməti "cnews.ru” saytına istinadən xəbər verir ki, indiki anlamda vasitəçi kimi bankların rolu zəifləyəcək, maliyyə xidmətləri sahəsində "birgə istehlak" modeli geniş yayılacaq. "Bu model İT-nin köməyi ilə sahiblər və kapital istifadəçiləri arasında ən müvafiq uyğunluqların axtarışını nəzərdə tutur" – hesabatda deyilir.

Analitik alətlər biznesin inkişafında əsas alətə çevriləcək.

İnformasiya təhlükəsizliyi artıq banklar üçün əsas risk amillərindən biri hesab edilir və çətin ki, bu vəziyyət gələcəkdə yaxşıya doğru dəyişsin, çünki texnologiyalar daima inkişaf edir və mürəkkəbləşir, müdafiə perimetri çoxlu sayda mobil qurğu qoşulmaları nəticəsində zəifləyir. "Bank kartlarından istifadə nəticəsində əməliyyatların təhlükəsizliyini təmin edən alətlər əşyalar interneti dövründə işə yaramayacaq" – "PwC” şirkətinin maliyyə xidmətləri texnologiyaları sahəsində qlobal təcrübə rəhbəri Culien Kurb bildirib.

Başqa bir trend süni intellekt və robot texnikasının inkişafından ibarətdir. "Belə hiss yaranır ki, qısa müddətdən sonra bankların əməliyyat mərkəzlərində yüksək texnologiyalı robotlar əməkdaşları əvəz edəcək" – Kurb belə düşünür.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol