• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il smartfonlar bazarında 7 faizlik artım proqnozlaşdırılır

Bu il smartfonlar bazarında 7 faizlik artım proqnozlaşdırılır
08.06.2016 22:20
"Gartner" analitik şirkəti dünya smartfonlar bazarında zəifləmənin davam etməsini açıqlayaraq gələcəkdə bu sahədə ikirəqəmli artım tempi proqnozlaşdırmır.  Ekspertlərin qiymətləndirməsinə görə, 2016-cı ildə smartfonların satış həcmi 7 faiz artaraq 1,5 milyard ədədə çatacaq.

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, müqayisə üçün qeyd edək ki, smartfon sahəsində ən yüksək artım göstəricisi artımın 73 faizə bərabər olduğu 2010-cu ildə qeydə alınıb. 2015-ci ildə artım 14,4 faiz təşkil edib. 2020-ci ildə bazarın natural ifadədə həcminin 1,9 milyard qurğuya çatacağı gözlənilir.

Zəifləmə onunla əlaqədardır ki, Şimali Amerika, Qərbi Avropa, Yaponiya və ayrı-ayrı Asiya ölkələri kimi iqtisadi baxımdan inkişaf etmiş regionlarda smartfonların nüfuzetmə səviyyəsi 90 faizə bərabərdir. Bundan başqa, insanlar əvvəlki illərlə müqayisədə smartfonları yenisi ilə gec əvəzləməyə başlayıblar.
"İnkişaf etmiş bazarlarda bahalı smartfon sahibləri onları 2,5 ildə 1 dəfə yenisi ilə əvəz edirlər və yaxın beş ildə vəziyyətin dəyişəcəyi gözlənilmir", - "Gartner" analitiki Robert Kozza bildirib.

Bunu nəzərə alan əksər istehsalçılar inkişaf etməkdə olan ölkələrə üstünlük verərək diqqəti Hindistan və Çinə yönəldib.

Analitik Annet Simmermanın fikrincə, daha çox artım potensialına Hindistan malikdir. Gələcəkdə ucuz smartfonların qiymətlərinin aşağı düşməsi ilə 2016-cı ildə bu ölkədə smartfonların satışının 29,5 faiz artaraq 139 milyon ədəd təşkil edəcəyi proqnozlaşdırılır. Göstərilən həcmin təxminən 50 faizi qiyməti 120 dollardan ucuz modellər olacaq.

Öz növbəsində R.Kozza Afrika regionunun perspektivli olmasını deyərək 2015-ci ildə Saxaranın cənub hissəsində yerləşən Afrika ölkələrində smartfonların ilk dəfə satış həcminə görə adi mobil telefonları üstələməsini qeyd edib.

Mütəxəssislərin qənaətinə görə, Çində isə artım imkanları məhdud olacaq. 2014-cü ildə satış həcminin 16 faiz artmasından sonra 2015-ci ildə Çinin göstəricilərində artım qeydə alınmayıb. Növbəti beş ildə də artımın olacağı ehtimal edilmir.

Qeyd edək ki, bir müddət əvvəl digər tanınmış analitik şirkət - "IDC" dünya smartfonlar bazarı üzrə daha mühafizəkar proqnoz təqdim edib. Analitiklərin hesablamasına görə, 2016-cı ildə smartfonların tədarükü 3,1 faiz - 1,48 milyon ədədədək artacaq. Bununla belə, ekspertlər 2015-ci ildə 10,5, 2014-cü ildə 27,8 faiz artım qeydə alıblar. 

Zəifləmənin əsas səbəbini "IDC" mütəxəssisləri "Gartner" kimi inkişaf etmiş bazarlarda və Çində tələbatın ödənilməsində görürlər. Tədqiqatçıların 2020-ci il üçün açıqladıqları proqnoz da oxşardır: "IDC"-nin versiyasına görə, dörd ildən sonra smartfon sahəsinin həcmi ədədi hesablamada 84 milyard qurğu təşkil edəcək.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol