• $
  • €
  • ₽
  • ₺
  • £

2020-ci ilədək internet istifadəçilərinin sayı 5 milyardı ötəcək

2020-ci ilədək internet istifadəçilərinin sayı 5 milyardı ötəcək
08.06.2016 20:23
Qlobal internet şəbəkəsi istifadəçilərinin sayı 2020-ci ilədək 5 milyarda çatacaq. Bu proqnozu  "Google Think Performance” konfransında "Google” şirkətinin Rusiya üzrə bölməsinin marketinq departamentinin rəhbəri Dmitri Kuznetsov səsləndirib.

"ICTnews” Elektron Xəbər Xidməti "DNI24” resursuna istinadən yazır ki, D.Kuznetsovun sözlərinə görə, dünyada internetdən hələ fərdi kompüterin geniş yayılmadığı 1990-cı illərdə yüz milyonlarla insan istifadə etməyə başlayıb. Ötən illər ərzində çox şey dəyişib və sürətlə inkişaf edən texnologiyalar sayəsində qlobal şəbəkədən hamı yararlanmaq imkanı əldə edib.

"Google” şirkətinin Rusiya üzrə nümayəndəsi istifadəçilərin sayının artmasını smartfonların internetə çıxış üçün vasitə olması ilə əlaqələndirib. O bildirib ki, məhz internet istifadəçilərinin bu seqmentinin artımı hesabına yaxın illərdə dünya informasiya şəbəkəsinin auditoriyası çoxalacaq.

Azsavadlı vətəndaşlar üçün servisləri optimallaşdırmağa çalışan "Google” şirkətinin nümayəndələri qeyd ediblər ki, hazırda interneti mənimsəyən əksər istifadəçilər hətta yazıb-oxumağı bilmir. Lakin bu, onlara qlobal informasiya şəbəkəsinin bütün imkanlarından yararlanmağa mane olmamalıdır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol