• $
  • €
  • ₽
  • ₺
  • £

Android telefonlar üçün TƏHLÜKƏ

Android telefonlar üçün TƏHLÜKƏ
25.10.2016 11:35
Hər telefonda yer alan fiziki bir hissəyə proqram təminatı ilə müdaxilə etməklə telefonun idarəsinin tamamilə ələ keçirilməsinə yarayan yeni bir kiber hücum təsbit edildi.

ANN.Az technote.az-a istinadən bildirir ki, kiber təhlükəsizlik üçün dünya üzrə bir çox insan dayanmadan işləyir. Buna qarşılıq ən az təhlükəsizlik işçiləri qədər hakerlərdə işləyirlər. Artıq rəqəmsal mühitdə haradasa əlçatmaz hala gələn telefonlarımız, yeni bir təhlükə ilə qarşı-qarşıyadır.

Bu yeni təhdid, digər bütün hücumların əksinə sistem təminatını deyil, təchizatı hədəfləyir. DRAMMER adı verilən hücum üsulu, indiyə qədər kompüterlərdə istifadə edilirdi, ancaq Amsterdam Vrije Universiteti VuSEC Lab tədqiqatçıları eyni üsulun ağıllı telefonlarda da istifadə edildiyini təsbit etdi.

Hücumu qısaca izah etsək, istifadəçi tərəfindən yüklənən zərərsiz bir tətbiqin içinə inteqrasiya edilmiş olan hücum məlumatları telefonda nə etdiyiniz, ya da istifadə edib-etmədiyiniz fərq etmədən RAM qurğunuzda müəyyən bir tranzistoru daima tətikləyərək bir yerdə yan tranzistorlara elektrik axımı göndərir və o tranzistora da müdaxilə edə bilir.

Beləcə qartopu təsiri ilə kifayət qədər yaddaşa müdaxilə etmək icazəsi alan virus, bundan sonra telefonda root icazəsi əldə edir və bütün telefonunuzu idarə edə bilir. Fayllarınızı və şifrələrinizin hamısını riskə atan bu hücum, 5 saniyə ilə 10 dəqiqə arasında davam edir. Qıraqdan baxan birinin fərqinə varması imkansız olan bu hücumu 27 telefon üzərində sınaqdan keçirən tədqiqatçılar 18 telefonun idarəsini ələ keçirə bildilər.

iOS telefonlarda yoxlanmamış, ancaq nəzəri baxımdan onlarda da işə yaraması mümkün olan bu hücum texnikası, yenilənmələr ilə düzəldilə biləcək bir problem deyil. Yeni nəsil telefonlarda təchizat istehsalçılarının buna diqqət edərək lazımi tədbirləri alacaqlarını ümid edirik.

VuSEC - sınamaq üçün DRAMMER-i açıq qaynaq kodlu bir Github layihəsi kimi paylaşıb. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol