• $
  • €
  • ₽
  • ₺
  • £

Smartfonlar bir-neçə saniyəyə enerji ilə dolacaq

Smartfonlar bir-neçə saniyəyə enerji ilə dolacaq
23.11.2016 22:51
Smartfonlar ildən-ilə güclənir və daha keyfiyyətli şəkil çəkir, lakin buna baxmayaraq onların avtonom iş rejimi yaxşılaşdırılmır.

Proqram təminatının optimallaşdırılması vasitəsilə istehsalçılar iş vaxtını cüzi artıra bilirlər, lakin orta hesabla smartfonları hər gün enerji ilə doldurmaq lazım gəlir. Problemin həllindən biri kimi qurğunun daha çox işləməsi üçün bir neçə dəqiqəyə sürətli enerji doldurma hesab edilir.  

"ICTnews” Elektron Xəbər Xidməti "4PDA” resursuna istinadən yazır ki, Mərkəzi Florida Universitetində daha çox enerji saxlayan və 30 min dəfə doldurulduqdan sonra öz tutumunu itirməyən elastik superkondensatların yaradılması üçün yeni proses hazırlanıb.

Texnologiya yaradıcılarından biri Nitin Çudxarinin sözlərinə görə, batareyalar bu superkondensatorla əvəz edilsə, mobil telefonu bir neçə saniyəyə enerji ilə doldurmaq mümkün olacaq və bunu həftə ərzində təkrarlamağa ehtiyac qalmayacaq.
 
Tədqiqatçılar superkondensatoru yaradarkən bu yaxınlarda kəşf edilən bir neçə atom qalınlığında ikiölçülü materialdan istifadə ediblər. Bu, ilk belə hal olmasa da, indiyədək göstərilən səylər uğursuz alınıb.

Layihə rəhbəri Erik Yunq bildirib ki, biz mövcud materialları ikiölçülü materiallarla inteqrasiya etməyə imkan verən sadə kimyəvi sintez hazırlamışıq.

Qeyd olunur ki, Mərkəzi Florida Universitetinin tədqiqatçılar qrupu ikiölçülü materiallar plyonkası ilə örtülən milyonlarla nanometr teldən ibarət superkondensatorlar ərsəyə gətirməyə nail olublar.

Yüksək ötürücülüyə malik nüvə enerjinin tez doldurulması və boşaldılması üçün elektronların sürətli ötürülməsini asanlaşdırır. Bu zaman ikiölçülü materialların bərabər örtüyü enerjinin say çoxluğunu və sıxlığını təmin edir.

"Texnologiya kommersiya istifadəsi üçün hazır olmasa da, indidən demək mümkündür ki, onun tətbiqi əksər sahələrdə böyük dəyişikliklərə səbəb olacaq”, - E.Yunq vurğulayıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol