• $
  • €
  • ₽
  • ₺
  • £

Obamadan Hillari Klintona müraciət: "Artıq qəbul etməlisən"

Obamadan Hillari Klintona müraciət: "Artıq qəbul etməlisən"
28.05.2020 22:49
ABŞ prezidenti Barak Obama seçkilər gecəsi Demokratlar partiyasından namizəd Hillari Klintona zəng edərək məğlub olduğunu etiraf etməyə çağırıb.
 
Bu barədə "The Hill” nəşri tezliklə dərc ediləcək ABŞ-da keçirilmiş prezident seçkiləri haqqında kitaba istinadən məlumat yayıb.  
 
Kitabın müəllifləri nəşrin Ağ Evdəki müxbiri Emi Parns və Conatan Allen vəziyyətlə məlumatlı üç mənbəyə istinadən ediblər.  
 
"Sən məğlub olduğunu etiraf etməlisən”, - deyə Obama Miçiqan, Viskonsin və Pensilvaniya kimi həlledici ştatlarda səsvermənin yekun nəticələrini gözləyən sabiq dövlət katibinə bildirib.   
 
Klinton Obamanın çağırışına əməl edərək, noyabrın 8-dən 9-na keçən gecə Trampa zəng edib və məğlub olduğunu etiraf edib.  
 
Ağ Evdən bu məlumata hələlik heç bir şərh verilməyib.  
 
Məlumatda qeyd olunur ki, bu addım Klintonun müttəfiqlərinin narazılığına səbəb olub. Onların fikrincə, Klinton sonadək gözləməli idi, lakin Obamanın zəngi planları pozub.  
 
Nəşr Obama və Klinton düşərgələri arasında hazırda bəzi ştatlarda səslərin təkrar sayılması təklifinin  dəstəklənməsi uğrunda mübarizə getdiyini qeyd edib.
 
Qeyd edək ki, Hillari Klintonun qərargahı artıq Viskonsin ştatında  səslərin təkrar sayılması prosesində iştirak edəcəyini bəyan edib.
 
Yaşıllar Partiyasından seçkilərdə namizəd olmuş Cil Stayn bundan əvvəl Viskonsin ştatında seçici səslərinin yenidən sayılması ilə bağlı seçki komissiyasına müraciət edib.
 
Donald Tramp seçici səslərinin yenidən sayılması cəhdlərini dələduzluq adlandırıb. //APA

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol