Avtomobil zavodunda YANĞIN - FOTO

Türkiyədə Kocaeli şəhərinin Kartepe mahalında avtomobil ehtiyat hissəsi istehsal edən bir fabrikdə yanğın baş verib.
ANN.Az gazetevatan-a istinadən xəbər verir ki, yanğın küləyin təsiriylə daha geniş ərazini əhatə edib.
Axşam saatlarında baş verən yanğının səbəbi,hələlik məlum deyil. Bölgəyə xeyli sayda xilasetmə qrupları və yanğınsöndürmə briqadası cəlb edilib. Bazar günü olması səbəbiylə fabrikdə iş olmayıb. Yanğın nəzarətə götürülərək saatlar sonra söndürülüb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























