• $
  • €
  • ₽
  • ₺
  • £

Robotlar yüz minlərlə insanı işsiz qoyub – ARAŞDIRMA

Robotlar yüz minlərlə insanı işsiz qoyub – ARAŞDIRMA
13.04.2017 23:20
Sənaye sektorunda hər 1000 nəfər işçiyə 1 ədəd robotun artması ölkədə əmək haqlarını 0,25-0,5%, iqtisadi aktiv əhalinin sayını isə 0,18-0,34% azaldır. 

ANN.Az-ın məlumatına görə, "Report” "Kommersant” qəzetinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın məşhur Massaçusets Universitetinin iqtisadçı-alimi Daron Acemoğlu və Yel Universitetinin iqtisadçı-alimi Paskal Resperonun hazırladıqları "Robotlar və ABŞ-da əmək bazarı” adlı araşdırmada qeyd olunub.

Onlar ABŞ-da robotlaşma prosesinin Avrozonadan geri qaldığını bildiriblər. Araşdırmada 1997-2016-cı illər ərzində avtomatlaşdırmanın əmək bazarına təsiri məsələləri əhatə olunub.

Beynəlxalq Robotlaşma Federasiyasının (IFR) hesabatına görə, hazırda dünyada 1,15-1,17 mln. sənaye robotu çalışır. Onlardan 39%-i avtomobil, 19%-i elektronika, 18%-i isə metallurgiya və kimya sənayesində fəaliyyət göstərir. 

Araşdırmada bildirilir ki, 1993-cü ildən bu günədək ABŞ-da robotlar 360-670 min nəfərin işini əlindən alıblar. İqtisadçı-alimlər hesab edirlər ki, robotlar əmək haqlarının artmasına mane olur. 
2025-ci ilə qədər robotlaşmanın real əmək haqlarında artımı 1,3-2,6% azaldacağı ehtimal edilir.

Daron və Paskala görə, avtomatlaşma prosesi Avrozona ölkələrinə daha çox təsir edəcək. OECD ölkələrindən Almaniya və Avstriyanın əmək bazarı daha çox təhlükəyə məruz qaldığı halda, Cənubi Koreyaya təsir minimal olacaq.

OECD hesabatına əsasən, yaxın 20 ildə robotlaşma prosesinin sürətlənməsi iş yerləri ixtisarının 9%-ə çatmasına, hər bir yeni robotun isə 6,2 işçini əvəz etməsinə səbəb olacaq.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol