• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın çox qorxulu tankları

Ermənistanın çox qorxulu tankları
24.06.2017 09:37
Ermənistan yaxın illərdə tank istehsalına başlamaq istəyir.

İstiPress-in məlumatına görə, İrəvanda dərc olunan "Haykakan jamanak" qəzeti bu barədə Ermənistan parlamentində qəbul edilmiş "Hərbi-sənaye və hərbi-texniki siyasət strategiyasından doğan tədbirlər proqramı" adlı sənədi şərh edərkən bildirib.

"Məqsəd əlbəttə ki, yaxşıdır. Ermənistan sadəcə güclü hərbi-sənaye kompleksinə malik olmağa və öz silahlarının böyük hissəsini özü istehsal etməyə məhkumdur. Şəksiz, texniki və nəzəri baxımdan bu mümkündür. İsrail buna yaxşı misaldır. 70 il qabaq səhrada yaranmış dövlət bu gün dünyanın ən yaxşı tanklarını istehsal edir. Dünyada çox az sayda ölkə göstərmək olar ki, tank istehsalı imkanına malik olsun, yüksək texnologiyalı sihal növlərindən danışmağa belə dəyməz”, - qəzet bildirir.

Lakin "Haykakan jamanak" Ermənistanın bu planları gerçəkləşdirmək üçün iqtisadi potensiala malik olmadığını bildirir: "Bir sözlə, güclü, keyfiyyətli və kəmiyyətcə inkişaf etməkdə olan iqtisadiyyat olmadan bizim hərbi-sənaye kompleksi yarana bilməz. Yəni inkişaf etmiş iqtisadiyyat zənginlik yox, vacib ehtiyacdır".

Ermənistan parlamentinin müxalifətçi «Çıxış» fraksiyasının rəhbəri Nikol Paşinyan isə yalnız  "Hərbi-sənaye və hərbi-texniki siyasət strategiyasından doğan tədbirlər proqramı"nın deyil, ümumilikdə hökumətin 2017-2022-ci illər üzrə fəaliyyət proqramının yerinə yetirilməyəcəyini vurğulayıb.
Erməni iddiası: azərbaycanlıların əcdadı ermənidir


"Ermənistan hökumətinin yerinə yetirilməyən vədləri ətli piroq barədə lətifəyə bənzəyir. Biri bunu alır, yeyir, görür ki, ət yoxdur. Amma satıcı ona deyir ki, sən yeməkdə davam elə, ətə çatacaqsan. O yenə yeyir, ət yenə yoxdur. Sonra satıcı ona deyir ki, ətli yeri artıq keçmisən, ona görə ət yoxdur. Burda da belədir", - deyə Nikol Paşinyan parlamentdə bildirib.

Aydındır, Ermənistanın öz tankını istehsal etməyi barədə dedikləri şirin xəyaldan başqa bir şey deyil. Hələliksə, Ermənistanın üzərində Rusiyaya məxsus tanklar dolaşır. "Haykakan jamanak"ın yazdığına görə, Şirak vilayətinin Marmaşen kəndinin sakinləri Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının tanklarından şikayət ediblər. "Rusların tankları hər şeyi məhv edir, onlar sahələrimizi yola çeviriblər. Biz öz torpağımızda rusların əsirinə çevrilmişik", - deyə Marmaşen sakinləri "Haykakan jamanak"a bildirir.

Bəlkə də elə bu səbəblərdəndir ki, Ermənistan dünyanın ən sürətlə tərk edilən ölklərindən biridir. BMT-nin dünya əhalisinin perspektivləri barədə 2017-ci il üçün dərc elədiyi hesabatda bildirilir ki, yaxın 80 ildə, yəni 2100-cü ilə kimi Ermənistanın rəsmi əhali sayı, yəni qeydiyyatda olanların toplam sayı 1,8 milyona düşəcək. Hazırda isə bu ölkədə rəsmi qeydiyyatda 2,93 milyon adam var.

Ermənistanın "Qraparak" qəzetinin yazdığına görə, erməni miqrantlar ölkəni tərk etmək üçün hər cür vasitədən istifadə etməyə hazırdırlar. Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəisi Qaqik Yeqanyan bildirib ki, erməni ailələr Belçikaya yerləşmək üçün hər cür əfsanələr uydururlar. Bu əfsanələrin arasında birinci yerdə ailənin qadının azərbaycanlı olması gəlir. Yəni, evin qadını azərbaycanlı olduğuna görə, Ermənistana qayıda bilmirlər. Qalan ermənilər isə cinsi azlıq olduqlarını iddia edirlər.

Çingiz RÜSTƏMOV / İstiPress




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol