• $
  • €
  • ₽
  • ₺
  • £

Trampın oğlu ruslarla görüşdüyünü etiraf etdi

Trampın oğlu ruslarla görüşdüyünü etiraf etdi
11.07.2017 10:40
ABŞ prezidenti Donald Trampın böyük oğlu bildirib ki, atasının respublikaçı namizədliyi təsdiq olunduqdan sonra kampaniyaya faydalı məlumat əldə etmək ümidi ilə Kremllə əlaqəsi olan vəkillə görüşüb.

Oğul Donald Tramp 2016-cı ilin iyun ayında Demokrat Partiyasından prezidentliyə namizədi Hillari Klintona zərər verə biləcək məlumatlar olduğunu iddia edən bir rusiyalı vəkillə görüşdüyünü təsdiq edib.

Görüşdə Ağ Evin hazırkı müşaviri, Donald Trampın kürəkəni Ceyrd Kuşner və Tramp kampaniyasının həmsədri Pol Manafort da iştirak edib.
Trampın oğlu onu da əlavə edib ki, atası bu görüşdən xəbərsiz olub.

Prezidentin oğlu ilk öncə Natalya Veselnitskaya ilə görüşündə Hillari Klintona zərər verə biləcək siyasi məlumatlar barədə heç nə deməyib.
Lakin, o, bazar günü verdiyi bəyanatda rusiyalı vəkilin yığıncaqda zərərli məlumatlar verəcəyini təxmin etdiyini təsdiqləyib. Gənc Trampın qəzetə verdiyi məlumata görə, qısa müddətdən sonra Veselnitskayada dəyərli məlumat olmadığı bəlli olub. ABŞ mətbuatı onu da əlavə edir ki, Veselnitskaya Rusiya insan hüquqları ittihamçılarına qarşı tətbiq olunan sanksiyaların qarşısını almaq cəhdləri ilə tanınır.

Ötən gün Reuters-in yaydığı məlumatda Trampın oğlu ilə Veselnitskayanın görüşünə müğənni-bəstəkar Emin Ağalarovun vasitəçilik etdiyi də bildirilirdi.
Xüsusi Ədliyyə İdarəsinin prokuroru Robert Müller və bir neçə konqres komitəsi hazırda Trump kampaniyası ilə Kreml arasında 2016 ABŞ prezident seçkilərinin nəticələrinə müdaxilə ilə bağlı araşdırmalar aparırlar.

Prezident Tramp dəfələrlə Rusiya ilə əlaqəsi olduğunu inkar edib. Rəsmi Moskva da öz növbəsində seçkilərə müdaxilə etmədiyini bəyan edib.




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol