• $
  • €
  • ₽
  • ₺
  • £

IMF kriptovalyutaların legitimliyini tanıyıb

IMF kriptovalyutaların legitimliyini tanıyıb
02.10.2017 23:00
Kriptovalyutalar beynəlxalq hesablaşmalarda məzənnə və komissiya xərclərini aradan qaldıracaq.

Beynəlxalq Valyuta Fondu (IMF) kriptovalyutaların ödəniş və yığım vasitəsi kimi legitimliyini qəbul edib.

"Report" "Expert.ru" saytına istinadən xəbər verir ki, bu açıqlamanı Fondun rəhbəri Kristin Laqard (Christine Lagarde) İngiltərə Mərkəzi Bankının müstəqilliyinin 20 illiyinə həsr olunmuş konfransda bildirib. Laqard qeyd edib ki, bitkoin və digər kritovalyutalar mərkəzi banklar və valyutalara təhlükə yaratmır.

IMF rəhbəri çıxışında "bir çox kriptovalyuta mərkəzi banklar üçün qeyri-şəffafdır, bəziləri isə xaker hücumlarına məruz qalır. Bu, texniki problemlərdir və zamanla həll oluna bilər. Kriptovalyutaları inkar etmək agıllı hərəkət olmaz", - deyib.

K.Laqard mərkəzi bankları yeni texnologiya və valyutaların elektron pulla əvəz olunması prosesinə açıq olmağa çağırıb. Qeyd edək ki, bu günədək kriptovalyutalar bu qədər güclü siyasi dəstək görməyib.

Analitiklər kriptovalyutalar vasitəsilə ödənişlərin asanlaşacağını bildirirlər. Belə ki, ödəniş zamanı hər hansı bir ölkənin valyutasını almaq və bu zaman məzənnə və komissiyalarda itki ilə üzləşmə ehtimalı aradan qaldırılacaq.

IMF rəhbəri kriptovalyutaların emitenti olmaq təşəbbüsünü irəli sürməsə də, SDR-in emissiyasında blokçeyn texnologiyalarından istifadə edilə biləcəyini bildirib. Həmçinin IMF-in kriptovalyuta emitentlərinə tənzimləyici ola biləcəyini qeyd edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol