• $
  • €
  • ₽
  • ₺
  • £

Konqresin “Facebook”dan TƏLƏBİ

Konqresin “Facebook”dan TƏLƏBİ
03.11.2017 21:46
ABŞ Konqresində Rusiyanın sosial şəbəkələr vasitəsilə ABŞ-dakı daxili siyasi proseslərə və 2016-cı il prezident seçkilərinə təsir göstərməsi ilə əlaqədar keçirilən dinləmələrdə "Facebook”un qarşısında şok tələb qoyulub.

Anews.az lent.az-a istinadən xəbər verir ki, sosial şəbəkədən Rusiyanın yerləşdirdiyi siyasi reklamları və digər materialları görmüş 146 milyon nəfər istifadəçinin hamısını identifikasiya edərək onları məsələ barədə məlumatlandırmaq tələb olunub.  

Müvafiq tələblə demokrat senator Cek Rid çıxış edib. O, dinləmədə iştirak edən "Facebook” nümayəndəsinə üzünün tutaraq deyib: "Siz bu materialları görən şəxsləri xəbərdar etmək vəzifənizi dərk edirsinizmi? Siz bunu edə bilərsinizmi? Sizcə, bunu etməli deyilsinizmi?!”
 
"Facebook”un hüquqşünası Kolin Stretç cavabında qeyd edib ki, şübhəli siyasi reklamları görmüş bütün şəxsləri identifikasiya edə biləcəklərinə əmin deyil. Onun sözlərinə görə, bu cür identifikasiya ciddi texniki problemdir.
 
Xatırladaq ki, "Facebook” 2015-ci ilin iyunundan 2017-ci ilin avqustuna qədər sosial şəbəkədə Rusiya ilə bağlılığı olan 120 qrupda 80 mindən çox paylaşım edildiyini açıqlayıb. Bu paylaşımları görən amerikalıların sayı 126 milyondan çox olub, sosial şəbəkəyə məxsus "Instagram” xidməti də nəzərə alınarsa, dezinformasiyaları ümumilikdə 146 milyon nəfərin gördüyü bildirilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol