• $
  • €
  • ₽
  • ₺
  • £

“Ferrari” “Formula-1”i tərk edə bilər

“Ferrari” “Formula-1”i tərk edə bilər
03.11.2017 20:43
"Ferrari” "Formula-1”i tərk edə bilər. Apasport.az saytının məlumatına görə, bunu komanda rəhbərliyi açıqlayıb.
 
Onlar 2021-ci ildə yarışın reqlamentinə ediləcək dəyişikliklərə etiraz əlaməti olaraq, bu addımı atmaq niyyətindədilər. Belə ki, seriyanın yeni sahibi olan "Liberty Media” və "Formula-1” üçün mühərrik istehsalçıları komandalarını saxlamaq üçün xərcləri azaltmağa çalışır.
 
"Ferrari”nin prezidenti Sercio Markionne isə bu yeniliklə razı deyil: "Əgər brendə və bazardakı mövqeyimizə fayda verəcək şərtlər olmasa, biz "Formula-1”də yarışlardan imtina edəcəyik. Bu turnir bizim qanımızdadı, amma özümüzü başqa cür apara bilmərik. Çünki buranı tanınmaz hala salırlarsa, "Formula-1”də qalmayacağıq”.
 
Qeyd edək ki, noyabrın 7-də "Formula-1” rəhbərliyi ilə strateji qrup arasında görüş olacaq. Burada büdcələrin məhdudlaşdırılmasına, idman və kommersiya sistemlərinə yenidən baxılacaq. 1950-ci ildən "Formula-1”də çıxış edən "Ferrari”nin müqaviləsi isə 2020-ci ildə başa çatacaq. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol