• $
  • €
  • ₽
  • ₺
  • £

Nazarbayev: SSRİ yenidən qurula bilməz

Nazarbayev: SSRİ yenidən qurula bilməz
04.01.2018 17:15
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi Birliyinin yaradılmasının SSRİ-nin "yenidən qurulması” ilə heç bir əlaqəsi olmadığını və birliyin sırf iqtisadi layihə olduğunu bildirib.

Anews.az Ria Novosti-yə istinadən xəbər verir ki, bu fikri Qazaxıstan lideri tarixi publisistika janrında yazdığı və Qazaxıstanın  müasir tarixinə və gələcəyinə  müəllifin baxışını əks etdirən  Müstəqillik erası” adlı kitabında ifadə edib.

"Səmərəsiz (irrasional, məntiqsiz) qorxulara qapılan kəslərə gəlincə, belələrinə lazımi cavabı hələ 2011-ci ilin oktyabrında vermişəm: SSRİ-nin restavrasiyası və ya reinkarnasiyası baş vermir və bundan sonra da baş verməyəcək. Bu, yalnız keçmişin kabusu, əsassız gümanları və spekulyasiyalarıdır”, – deyə Nazarbayev cümə axşamı şəxsi saytında dərc olunan kitabında yazır.

Nazarbayevin fikrincə, AİB-nin Avropa İttifaqı ilə əməkdaşlıq potensialı böyük əhəmiyyət kəsb edir.

"Məhz buna görə 2016-cı ilin aprel ayında Brüsseldə Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqı arasında birbaşa dialoqun qurulması təşəbbüsü ilə çıxış etmişəm. Dünya elitasına Avrasiya inteqrasiya prosesləri ilə əlaqədar ən etibarlı informasiyanı çatdırmaq üçün bütün imkanlardan istifadə etmişəm”, - deyə müəllif qeyd edir.

Nazarbayevin sözlərinə əsasən, 2016-cı ilin mart ayında Vaşinqtonda ABŞ hökumət rəsmiləri ilə keçirilən görüşdə AİB-nin sırf iqtisadi ittifaq olduğunu diqqətə çatdırıb.

"SSRİ-nin yenidən qurulmasından heç bir söz gedə bilməz. "Soyuq müharibədən” qalan bu stereotiplərin kökünü kəsmək lazımdır. Onlar bizə gələcəyə baxmağa imkan vermir. Avrasiya İqtisadi Birliyi tam iqtisadi layihədir”, - deyə Qazaxıstan lideri vurğulayıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol