• $
  • €
  • ₽
  • ₺
  • £

Ömrü uzadan zülal tapılıb

Ömrü uzadan zülal tapılıb
19.01.2018 21:16
Beynəlxalq tədqiqat qrupu özünəməxsus p62 zülalında stresdən qoruma ilə əlaqədar yığılan mutasiyaların, digər canlılarla müqayisədə insanlarda uzunömürlülüyə daha güclü təsir etdiyini müəyyən edib.

Anews.az xəbər verir ki, bu barədə Phys.org saytında dərc olunan press-relizdə danışılır.

P62 zülalı "autofaqiya” induksiyası – yəni hüceyrələrin zədələnmiş komponentlərin sistemdən kənarlaşdırılması üçün vacibdir. İnsan dərisinin yenilənməsi və vaxtından əvvəl qocalmanın qarşısını almaqda bu zülalın rolu əvəzsizdir.

Tədqiqatçıları göstərir ki, р62 fəal oksigen formalarının, yəni tək elektrondan ibarət olan və ona görə DNT, zülalları və lipid membranları oksidləşdirən birləşmələrin yaranması zamanı aktivləşir. Fəal oksigen formaları tənəffüs və oksigenin iştirakı ilə baş verən oksidləşdirici-bərbaedici reaksiyalar zəncirindən ibarət digər proseslərin kənar məhsulları hesab olunur.

Oksigenin fəal formalarının zəruri metabolik siqnalların ötürülməsində iştirak etməsinə baxmayaraq, onların həddindən artıq yığılması oksidləşdirici stresə yol açır, bu isə hüceyrələrin ölməsi ilə nəticələnir.

Eksperimentlər zamanı məlum olub ki, orqanizmlərinə p62 geni (onlarda bu gen mövcud  olmur) yeridilmiş genetik modifikasiya olunmuş drozofil milçəkləri digər həşaratlarla müqayisədə stress şəraitində daha uzun ömür sürür. Bu, onu göstərir ki, adıçəkilən zülal insanların ulu əcdadlarının uzunömürlülüyünə təsir edib və onların orqanizminin əlverişsiz şəraitlərə davamlılığını artırıb. Ancaq p62 milçəklərin qocalmasının qarşısını almayıb. Bu, insan orqanizmində hələ elmə məlum olmayan bir sıra biokimyəvi mexanizmlərin mövcud olduğunu göstərir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol