• $
  • €
  • ₽
  • ₺
  • £

Emin Ağalarov stomatoloji klinika açır

Emin Ağalarov stomatoloji klinika açır
05.02.2018 12:13
Məşhur azərbaycanlı müğənni və biznesmen öz "ConfiDent” adlı klinikalar şəbəkəsini açmağa hazırlaşır. Klinikalarda müştərilərə kosmetoloji və stomatoloji xidmətlər göstəriləcək.

Birinci mərhələdə iki belə klinikanın yaradılması planlaşdırılır. Plana görə, bu klinikaların inşasına və təchizatına bir milyon dollar vəsait sərf olunacaq.

Anews.az xəbər verir ki, bu barədə Emin Ağalarov RNS-ə verdiyi açıqlamada bildirib.

"Biz stomatoloji xidmətlər, eləcə də, üz dərisinə qulluq, aparatlı kosmetologiya üzrə xidmətlər göstərəcək "ConfiDent” klinikalar şəbəkəsini istismara verməyi planlaşdırırıq. İlk klinika bir müddət sınaq rejimində fəaliyyət göstərəcək.

Yaxın günlərdə VEGAS Krokus Sitidə açmağı planlaşdırırıq. Mən bu layihəni Aleksandr Sançesin tərəfdaşlığı ilə gerçəkləşdirirəm, o, stomatoloqdur, stomatoloji klinikaların inkişafı üzrə təcrübəsi var”, - deyə Ağalarov bildirib.

"Crocus Group” şirkətlər qrupunun vitse-prezidenti olan Emin Ağalarov bundan əvvəl RNS-ə verdiyi açıqlamada sağlam qidaların çatdırılma xidmətini işə saldığını xəbər vermişdi. Bu layihəni Ağalarov,  müğənni Valeriya və onun həyat yoldaşı, prodüser İosif Priqojinin gerçəkləşdirəcəyi bildirilir.

Ağalarov restoran biznesində də bir neçə layihə gerçəkləşdirir. Oktyabr ayında Ağalarov müğənni dostu Qriqori Lepslə birgə "Ryumka vodki” adlı bar açıb.

Hal-hazırda tərəfdaşlar eyniadlı karaoke klubu və restoran açmağı planlaşdırır. Bundan başqa, Emin prodüser Maksim Fadeevlə şərik olaraq "U dadyi Maksa” adlı musiqi restoranını inkişaf etdirir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol