• $
  • €
  • ₽
  • ₺
  • £

Qəzzafi Timoşenkoya 4 milyonu niyə göndərib?

Qəzzafi Timoşenkoya 4 milyonu niyə göndərib?
20.02.2018 22:46
Liviyanın keçmiş lideri Müəmmər Qəzzafi Avropada bir sıra prezident seçkisi kampaniyalarının maliyyələşdirilməsində iştirak edib.

Axar.az xəbər verir ki, bu iddia "Əş Şark əl Avsat” qəzeti çıxış edib. Qəzet Qəzzafinin xüsusilə 2010-cu ildə Ukraynadakı seçkiyə müdaxilə etdiyini və Yuliya Timoşenkoya dəstək verdiyini bildirib. Mərhum lider Timoşenkonun seçki kampaniyası üçün 4 milyon avro ayırıb.

Qəzetə danışan və adının çəkilməsini istəməyən Qəzzafinin oğlu Saqfa İslamın köməkçilərindən biri pulun onlara Liviya baş naziri tərəfindən verildiyini söyləyib:

"Pullar həkim Bağdadi əl Mahmudi tərəfindən sifariş edilmişdi. O, həmin dövrdə Liviyanın baş naziri idi. Pullar çantaya 500 avroluq əsginaslar formasında toplanmışdı. Özəl təyyarədə Ukraynaya yola düşdük və bizi Kiyev hava limanında qarşıladılar. Gecəni orada keçirib, geri döndük. Pulları o zamankı baş nazirin müavini aldı”.

Qəzet Qəzzafinin 2004-cü ildə ABŞ-dakı seçkiyə müdaxilə etdiyini bildirib. Belə ki, Qəzzafi bunun üçün 5 milyon dollar xərcləyib. Eks-lider həmçinin Fransada Nikola Sarkozinin dəstəklənməsinə 50 milyon avro sərf edib.

Qeyd edək ki, Qəzzafi Liviyada 2011-ci ilin oktyabrında ölkədə baş tutan çevriliş nəticəsində qətlə yetirilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol