• $
  • €
  • ₽
  • ₺
  • £

Həyəcan siqnalı: Nəhəng kosmik stansiyasi Azərbaycana düşəcək

Həyəcan siqnalı: Nəhəng kosmik stansiyasi Azərbaycana düşəcək
29.03.2018 14:43
Onun qalıqları yer kürəsi səthinin 43 dərəcə şimal və 43 dərəcə cənub ərazilərinə yayılacaq

Çinin öz işini başa çatdırmış ilk kosmik stansiyası olan "Tyanqun-1"-in qalıqları Azərbaycan ərazisinə düşə bilər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Avropa Kosmik Agentliyinin (AKA) hesablamaları ilə müəyyən edilib. Məlumata görə, kosmik stansiya yerin atmosferinə daxil olacaq və bir həftə ərzində yanacaq: "Onun qalıqları yer kürəsi səthinin 43 dərəcə şimal və 43 dərəcə cənub ərazilərinə yayılacaq. Bu ərazilər Amerikanın şimal və mərkəzi hissəsini, eləcə də Avropanın cənubunu əhatə edir". 

"Qalıqlar Afrika, Yaxın Şərq, Şərqi və Cənub-şərqi Asiyanın əsas hissəsini də əhatə edəcək. Kosmik stansiyanın qalıqlarının səpələnəcəyi mümkün ərazilərə üç Cənubi Qafqaz Respublikasının — Azərbaycan, Gürcüstan və Ermənistanın yuxarı sərhədləri də daxildir" — AKA bildirir.

Qeyd olunur ki, stansiyanın atmosferin sıx qatına daxil olması martın 31-i səhərdən aprelin 2-si səhər tezdənədək gözlənilir. Bu barədə məlumatlar hər iki gündən bir yenilənir.
Bu gün sözügedən stansiya gündəlik olaraq 200 kilometrlik hündürlükdən 4 kilometrə qədər enir. Ehtimal var ki, planetimizin səthindən 70 km-lik məsafədə stansiya parçalanacaq. "Tyanqun-1" kosmik stansiyası 2011-ci ilin sentyabrında "Tszyutsyuan" kosmodromundan kosmosa buraxılıb və öz işini 2016-cı ilin martında başa çatdırıb. Bu müddət ərzində Çinin bir sıra qadın və kişi kosmonavtları onun orbitini ziyarət ediblər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol