• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyan Qarabağı qaytarmaq istədiyi üçün...

Sarkisyan Qarabağı qaytarmaq istədiyi üçün...
31.03.2018 15:10
"Hər şey "Serjin şeytan oyunu” çərçivəsindədir. Serj Sarkisyan baş nazir olmayacaq, çünki əraziləri qaytarmaq niyyətindədir”.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu iddia ilə Ermənistan Ədliyyə Nazirliyinin cinayət icraçı idarəsinin keçmiş müdiri Muşeq Saqatelyan çıxış edib.

Onun sözlərinə görə, Serj Sarkisyan "erməni xalqının düşməni” olmamaq üçün ərazilərin qaytarılması yükünü yeni prezident Armen Sarkisyan və ya hazırkı müdafiə naziri Vigen Sarkisyana ötürəcək.

"Serj Sarkisyan Vigen Sarkisyanı baş naziri təyin edəcək və özü müdafiə naziri olacaq. O, Vigeni ərazilərin təslim etməsi haqqında sənədi imzalamağa məcbur edəcək”, - Saqatelyan hesab edir.

Serj Sarkisyan

Xatırladaq daha əvvəl erməni politoloq Stepan Qriqoryan iddia edib ki, Rusiya Qarabağı Azərbaycana qaytarmağı planlaşdırır.

"Moskva artıq Qərbin superdüşməni olub. Moskva üçün hazırda Türkiyə çox vacibdir. Rusiya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana onun istədiklərini verməyə hazırdır. Türkiyə çalışır ki, Rusiya ona Suriyada kürdlərlə mübarizədə və Qarabağda mane olmasın. 

Onlar Ermənistanı Qarabağı qaytarmağa məcbur edirlər. Ruslar deyirlər ki, nəticə çıxarmışıq, Azərbaycana silah satmırıq. Bu gülməlidir. 

Çünki onlar satıla biləcək hər şeyi artıq satıblar. Rusiya balansı Azərbaycanın xeyrinə dəyişib”, – o bildirmişdi.

Vigen Sarkisyan

Qeyd edək ki, rusiyalı deputat Konstantin Zatulin İrəvanda çıxışı zamanı Moskvanın Aprel savaşından nəticə çıxardığını və Azərbaycana yalnız 2016-cı ildən öncəki müqavilə əsasında silahlar tədarük edildiyini bildirib. (Axar.az)
Qeyd edək ki, Serj Sarkisyanın səlahiyyət müddəti aprelin 9-da bitir və yeni prezident Armen Sarkisyan səlahiyyətlərin icrasına başlayacaq. Bundan sonra hökumət buraxılacaq və yeni baş nazir seçiləcək.

Yeni konstitusiyaya görə, ölkənin ali icraçı orqanı baş nazirin rəhbərlik etdiyi hökumət olacaq. Hökumət dövlət idarəetmə sisteminin ümumi rəhbərliyini, daxili və xarici siyasətini icra edəcək. Baş nazir müharibə şəraitində silahlı qüvvələrin ali baş komandanı olacaq.

Armen Sarkisyan

Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda, həmçinin müharibə vəziyyətində və sülh sazişinin imzalanmasında əsas söz sahibi baş nazir olacaq. Dağlıq Qarabağ danışıqlarına əsas nəzarəti yeni yaradılan Təhlükəsizlik Şurası edəcək. Təhlükəsizlik Şurasına baş nazir başçılıq edəcək. Baş nazirin müavinləri, müdafiə naziri, Baş qərargahın başçısı, xarici işlər naziri, Təhlükəsizlik Şurasının katibi, Milli Təhlükəsizlik Komitəsinin direktoru və polis rəisi onun üzvləri olacaqlar. Prezident və parlament sədri şuraya daxil edilmir.
Ölkənin yeni prezidenti sadəcə formal səlahiyyətlərə malik olacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol