• $
  • €
  • ₽
  • ₺
  • £

Ziya Məmmədovun oğlu Böyük Britaniya vətəndaşlığı alıb - 25 milyona

Ziya Məmmədovun oğlu Böyük Britaniya vətəndaşlığı alıb - 25 milyona
04.05.2018 10:52
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Böyük Britaniya vətəndaşlığı alması haqda xəbərlər təsdiqlənməkdədir. Gələn məlumatlara görə, Anar Məmmədov bir neçə il öncə Böyük Britaniya vətəndaşlığı alıb. Lakin bu haqda məlumatları gizli saxlayıb.

Sabiq nazir oğlunun illər öncədən atasının taladığı dövlət vəsaitlərini xaricdəki hesablara, bir çox Avropa dövlətləri ilə yanaşı Böyük Britaniyada mal-mülklərə transfer edib.

Böyük Britaniya o dövlətlərdəndir ki, pulunu verib vətəndaşlığını ala bilərsən. Amma digər Avropa dövlətlərindən fərqli olaraq, Böyük Britaniya vətəndaşı olmaq istəyənlər ciblərini, bank hesablarını bir qədər gen açmalıdırlar. Yəni bu ölkənin vətəndaşlığını almaq o qədər "ucuz” deyil. Böyük Britaniyada vətəndaşlığını almaq üçün "cəmi” 1 milyon funt ödəmək lazımdır. İnvestor 750 min funtdan az olmayan bir məbləği Britaniya iqtisadiyyatına, eyni zamanda 250 min funtdan az olmayan məbləği isə Birləşmiş Krallıq ərazisində daşınmaz əmlaka yatırmalıdır. Və yaxud da bu məbləğ Britaniya banklarından birində olan hesaba köçürülməlidir. Bundan sonra investor öz ailəsi ilə birlikdə bu ölkədə qanunla yaşamaq və işləmək hüququ əldə edir. 5 ildən sonra ailə yaşayış icazəsi, 1 ildən sonra isə vətəndaşlıq əldə edir. Daha varlı insanlar üçün vətəndaşlığın verilməsi proseduru sürətləndirilə bilər. Ölkəyə 5 milyon funt sərmayə yatırdıqda vətəndaşlıq 4 ildən, 10 milyon funtdan çox sərmayə yatırdıqda isə 3 ildən sonra verilə bilər.

Anar Məmmədovun Böyük Britaniya vətəndaşlığı alması xəbərləri 2-3 il əvvəldən yayılmağa başlayıb. Bunu nəzərə alsaq, belə ehtimal etmək olar ki, nazir oğlu manat ekvivalentində təxminən 25 milyon xərcləməklə 3 ilə Böyük Britaniya vətəndaşlığı alıb. Yada salaq ki, 2016-cı ildə yayılan xəbərlərdə deyilirdi ki, Anar Məmmədov Böyük Britaniya vətəndaşlığı alıb. Həmin vaxt deputat olan əmisi Elton Məmmədov bu məlumatlara münasibət bildirərkən bütövlükdə qardaşı oğlunun xarici vətəndaşlıq almasını təkzib etməmişdi.

A.Məmmədovun atası Ziya Məmmədovun dövlət büdcəsindən taladığı pullar hesabına qurduğu "Garant Holdinq”in rəhbərliyindən istefa verməsi də yeni xəbər deyil. Ziya Məmmədovun "ulduzunun sönməsi” bu klanın iqtisadi sferadakı bizneslərinin də "milli”ləşdirilməsinə gətirib çıxardı. Bu gün Məmmədovların Azərbaycan daxilindəki biznes imperiyası süquta uğramış durumdadır. Ziya Məmmədov nazirliyinin son 1 ilində səlahiyyətlərini bir-birinin ardıca itirdiyi günlərdə, oğlu Anar Məmmədovun rəhbərlik etdiyi "Garant Holdinq”in də törəmə şirkətlərini bağlayır, "qayçılayır”, lisenziyalarını ləğv edirdilər. Ziya Məmmədov ilyarımdan artıqdır ki, vəzifədən çıxarılıb. Onun mal-mülkünün "budanması” isə hələ də davam edir. 2018-ci il aprelin 1-dən onun çoxsaylı obyektlərindən biri olan Qubadakı beşulduzlu "Quba Rixos” hoteli rebrendinq edildi. Məlum oldu ki, sabiq nazirin oğluna beşulduzlu "Rixos Quba Azərbaycan” hotelini təhvil vermək tapşırılıb. Bundan sonra hotelin sahibi dəyişdirilib. Məmmədovlardan son olaraq alınan təkcə Qubadakı hotel olmadı. Azərbaycandakı "Quba Rixos” hoteli ilə yanaşı onların Gürcüstandakı "Rixos Borjomi”sini də əllərindən aldılar.

Yada salaq ki, Ziya Məmmədovun ailə holdinqi bir vaxtlar Bakının sərnişindaşıma nəqliyyatında inhisarçı mövqedə olan "Transgate” MMC-yə sahib idi. Ziya Məmmədovun kreslosu laxlayandan sonra "Transgate”ə məxsus avtobuslar istifadəyə yararsız adı ilə Bakını əhatə edən marşrut xətlərindən çıxarıldı. MMC-yə məxsus 10-dan çox marşrut başqa daşıyıcılara təhvil verildi. Məmmədovların Bakının mərkəzində ucaltdıqları və bir vaxtlar hər kəsin Ziya Məmmədovun klanı üçün "xilas kəməri” hesab etdiyi "Trump Tower” də artıq özgəninkiləşdirilib.

Bina Məmmədovun nəzarət etdiyi "Garant Holdinq” tərəfindən tikilmişdi və onun şirkətinə məxsus idi. Tramp adının bu hoteldə istifadə edilməsinə və layihə ilə bağlı təcrübəsinə görə sərfəli komission haqqı olaraq 2,5 milyon dollar alıb. Yayılan maliyyə sənədlərindən məlum olurdu ki, Anar Məmmədovun hotelini idarə etmək üçün "THC Baku Hotel Manager Services LLC”, "THC Baku Hotel Manager Services Member Corp.”, "THC Baku Services LLC” və "THC Baku Services Member Corp.” adlı şirkətlər təsis edilib. Həmin şirkətlərin ikisində Donald Tramp 100 faiz, ikisində isə 99 faiz paya malikdir. Hotelin Trampın dəbdəbəli hotellər zəncirinin bir hissəsi kimi idarə olunacağı haqda da xəbərlər vardı. Amma bu baş vermədi. Hoteldən "Trump Tower” sözləri söküləndən sonra Ziya Məmmədovun rəhbərlik etdiyi nazirlik söküldü, yenidən təşkil edildi. Ziya Məmmədov və komandası yeni nazirlikdə vəzifəsiz qaldılar. Hakimiyyətin 1 gedişi ilə sabiqə çevrilən Ziya Məmmədovun və klanının çox ciddi narazılığına səbəb olub. İndi məlum olur ki, oğlunu illər öncə ölkədən çıxaran sabiq nazir onun təhlükəsizliyini təmin etmək üçün 25 milyon manatından da keçib, Böyük Britaniya vətəndaşlığı alıb.

"Yeni Müsavat”

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol