• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə prezident seçkilərinə ilk səsvermə başladı

Türkiyədə prezident seçkilərinə ilk səsvermə başladı
07.06.2018 15:00
24 iyunda Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri üçün bu gün ölkə hüdudlarından kənarda ilk səsvermə başlayıb.

AzVision.az "Anadolu Ajans”a istinadən xəbər verir ki, bu gün Almaniya, Avstriya və Fransada yaşayan Türkiyə vətəndaşları bu ölkələrdəki diplomatik nümayəndəliklərinə, yaxud yaşadıqları ərazilərdə onlara ən yaxın qurulan seçki məntəqələrinə gedərək seçdikləri namizədə səs verirlər. 

Bu ölkələrdəki türk vətəndaşları 19 iyunadək səsvermə prosesində iştirak edə biləcəklər. Seçicilərin səsverməsi şəffaf və demokratik qaydalara uyğun keçirilir. Almaniyada 1 milyon 445 min, Avstriyada 105 min, Fransada isə 330 min qeydiyyatda olan türk seçicisi var. 

Ümumilikdə xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsverməsi üçün 60 ölkədə 123 təmsilçilikdə seçki məntəqələri yaradılıb. Azərbaycanda yaşayan Türkiyə vətəndaşları isə 17 iyunda səsvermə hüquqularından istifadə edəcəklər. Türkiyə hüdudlarından kənarda səsvermə prosesi 24 iyun saat 17:00-dək başa çatdırılacaq və daha sonra xaricdəki səslərin sayılması prosesinə başlanılacaq. 

Qeyd edək ki, türkiyədə prezidentliyə namizədlər aşağıdakılardır:

1. Hakim Ədalət və İnkişaf Partiyası ilə Milliyətçi Hərəkat Partiyasının ortaq namizədi Rəcəb Tayyip Ərdoğan
2. Cumhuriyyət Xalq Partiyasının namizədi, Yalovadan olan millət vəkili Muharrəm İncə
3. Xalqların Demokratik Partiyasının namizədi, İstanbuldan olan millət vəkili, həbsə alınan Səlahəddin Dəmirtaş 
4. İYİ partiyadan namizəd, partiyanın rəhbəri Meral Akşənər
5. Səadət Partiyasından namizəd, partiyanın rəhbəri Temel Karamollaoğlu
6. Vətən partiyasının namizədi, partiya rəhbəri Doğu Pərinçək

Parlament seçkilərində mübarizə aparacaq siyasi partiyalar isə Ədalət və İnkişaf Partiyası, Böyük Birlik Partiyası, Müstəqil Türkiyə Partiyası, Cumhuriyyət Xalq Partiyası, Demokratik Partiya, Xalqların Demokratik Partiyası, Müstəqil Mübarizə - HÜDA Partiyası, İYİ Partiyası, Milliyətçi Hərəkat Partiyası, Səadət və Vətən partiyalarıdır. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol