• $
  • €
  • ₽
  • ₺
  • £

"Azpetrol"u almış məşhur oliqarxın ölümü təsdiqləndi

"Azpetrol"u almış məşhur oliqarxın ölümü təsdiqləndi
08.06.2018 14:16
Türkiyədə "Demirören Holding"in qurucusu və direktorlar şurasının rəhbəri Erdoğan Dəmirörən vəfat edib.

Erdoğan Demirörənin müalicə olunduğu "Florence Nightingale" xəstəxanası bundan əvvəl verdiyi açıqlamanı geri çəkərək, iş adamının öldüyünü təsdiqləyib.

Modern.az-ın məlumatına görə, Türkiyə KİV-lərinin xəbər verir ki, xəstəxananın tibb direktoru Özgür Şamildil mətbuat konfransı keçirərək "bütün səylərə baxmayaraq" reanimasiya həkimlərinin Demiröreni xilas edə bilmədiklərini, onun yerli vaxtla saat 11.53-də keçindiyini açıqlayıb.

79 yaşlı Erdoğan Demirörə Türkiyənin ən iri oliqarxlarından biri və mediamaqnatı idi. O. Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirörənin atasıdır.

Virtualaz.org-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, hakimiyyətə yaxın iri iş adamı Dəmirörən uzun müddətdir ağır xəstəlikdən müalicə alırdı. Onun adı Türkiyənin gündəminə sonuncu müstəqil media şirkəti olan "Doğan Medya" qrupunun səhmlərini almaqla gündəmə gəlmişdi.

Erdoğan Dəmirörən 1938-ci ildə anadan olub, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirörənin atasıdır. Onun başçılıq etdiyi holdinqdə sıxılmış qaz (LPG) biznesi ilə məşğul olan çoxsaylı şirkətlər, habelə Türkiyənin "Milliyet", "Vatan" kimi iri qəzetləri, o cümlədən "Doğan Medya" qrupunun səhmlərinin alınması nəticəsində bu qrupun çoxsaylı KİV-ləri-"Hürriyet", "Posta", CNN Türk, Kanal D və digərləri birləşib. Habelə "Demirören Holding" otelçilik, inşaat və biznesin bir çox digər sahələrində də fəaliyyət göstərir.

ürkiyə mediası Erdoğan Demirörənin Azərbaycanda da yatırımları olduğunu, onun "Azpetrol" şirkətini və Azərbaycanın ən iri metallurgiya zavodlarından olan "Azərelektroterm"i aldığını yazır.(Görünür söhbət "Azpetrol"un səhmlərinin vaxtilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşına məxsus olmuş hissəsindən gedir-red.)

Erdoğan Demirörən çoxsaylı qəzet və televiziyaların sahibi olduğu üçün ona Türkiyənin "Rupert Merdoku" (amerikalı mediamaqnat) da deyirdilər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol