• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın yeni silah almaqda məqsədi nədir?

Ermənistanın yeni silah almaqda məqsədi nədir?
22.08.2018 16:47
Rusiyada keçirilən "ARMI -2018” beynəlxalq hərbi-texniki sərgi çərçivəsində Ermənistanın müdafiə naziri David Tonoyanla birgə Moskvada olan "Royalsys Engineering ltd” şirkətinin rəhbəri David Qalstyanla Rusiyanın məşhur "Kalaşnikov” korporasiyasının direktor müavini Andrey Barışnikov arasında müqavilə imzalanıb.

BAKU.WS xəbər verir ki, bu barədə analitik-icmalçı Ehtiram Aşırlı bildirib. Onun fikrincə, sazişə əsasən, Rusiyanın "Kalaşnikov” avtomatlarının ən yeni növləri – "AK-12” və "AK-15” beşinci nəsil müasir atıcı silahlarının istehsalı üçün Ermənistanda hərbi-sənaye müəssisələri yaradılacaq. 

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumat yayıb. O bildirib ki, bu müqavilə Ermənistan Silahlı Qüvvələrinin effektiv silahlanmasına, həmçinin ölkədə yeni iş yerlərinin açılmasına imkan verəcək.

Qeyd edək ki, müqavilənin dəyəri və lisenziya üzrə istehsal olunacaq "Kalaşnikov” silahlarının həcmi barədə məlumat verilmir. 

Həmçinin, Müdafiə Nazirliyinin məlumatına görə, səfər zamanı Ermənistan Müdafiə naziri Rusiyanın ən böyük "Almas-Ante" hərbi sənaye şirkətinin direktor müavini Vyaçeslav Сirkal ilə görüşüb.

Görüşdə ikitərəfli əməkdaşlıqla bağlı geniş məsələlər müzakirə edilib. Davit Tonoyan qeyd edib ki, erməni tərəfi şirkətlə əməkdaşlıq sahəsində yaxşı təcrübəyə malikdir və indi onları müəyyən məhsullar maraqlandırır.

Ermənistan tərəfinin atdıqları bu son addımlar onu göstərir ki, heç də regionda silahlanma yarışına girən və regionun təhlükəsizliyini təhdid edən addımlar atan tərəf Azərbaycan deyil.

Belə ki, hər zaman Ermənistan baş nazir və müdafiə naziri açıqlamalarında Azərbaycan tərəfinin regionda silahlanma yarışına girdiyini və regionun təhlükəsizliyinin təmin edilməsinin təhdit etdiyini bildirir. Son olaraq Avqustun 21-də Ermənistan Xarici İşlər Naziri Zöhrab Mnatsakanyan ilə İsrail Xarici İşlər Nazirliyinin Baş direktorunun müavini, Avrasiya İşlər İdarəsinin rəhbəri Aleksandr Ben Zvin arasında baş tutan görüş zamanı Mnatsakanyan "tərəfdaşlarımızın regionda silahlanma yarışına gətirib çıxaran və qeyri-sabitliyin təhlükələrinə səbəb olan bütün hərəkətlərdən çəkinməlidirlər”deyə açıqlama verdi.

Bir tərəfdən Azərbaycanı silahlanma yarışına gətirib çıxaran hərəkətlərdən çəkinməli olduğunu deyən işğalçı ölkə olan erməni tərəfi yeni silahlar almaq üçün Rusiya ilə müqavilə imzalayır həmçinin kredit götürür.

Bu zamana belə bir sual ortaya çıxır bəs Ermənistan Silahlı Qüvvələri bu silahları almaq da məqsədləri nədir?

Onda onlar bu silahları almaqla özləri demiş silahlahma yarışına girmiş və regionun təhlükəsizliyini təhdid etmiş olmurlar? Utanmasalar deyəcəklər ki, düşməndən qorunmaq üçün alırıq.

Yoxsa bu dəfə də bu silahlardan 2008-ci il 1 mart hadisələrindəki kimi konstitusiya dəyişikliklərinin reallaşması üçün istifadə edəcəklər... 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol